Çərşənbə, Sentyabr 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın ən böyük günəş elektrik stansiyasının tikintisinə başlanılıb

Bu stansiya Biləsuvar rayonunda tikilir və 2027-ci ilə qədər istismara verilməsi planlaşdırılır

13/08/2025
Azərbaycanın ən böyük günəş elektrik stansiyasının tikintisinə başlanılıb
121
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və “yaşıl enerji” zonasının yaradılması məqsədilə Biləsuvar rayonunda güçü 445 meqavat olacaq Günəş Elektrik Stansiyasının (GES) inşası ilə əlaqədar Azərbaycan Energetika nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanmış və 4 iyun 2024-cü il tarixdə dövlət başçısı cənab İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin iştirakı ilə layihənin təməli qoyulub.

Avqustun 12-də layihə çərçivəsində ilk günəş paneli dayağının quraşdırılması və tikinti işlərinə başlanılması münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masdar şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov, Çin Xalq Respublikasının “China Energy Development” şirkətinin layihə rəhbəri Du Ning və Fan Tao ərazidə görülən işlərlə tanış olublar.

İcra başçısı layihəni icra edən kollektivlə görüşü zamanı onları təbrik edərək, bu böyük layihənin həyata keçirilməsi nəticəsində rayonun enerji təminatında əhəmiyyətli irəliləyişin əldə olunacağını, alternativ enerji mənbələrinin istifadəsinin genişlənəcəyini və ekoloji baxımdan təmiz enerji istehsalının bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcəyini bildirib.

Faiq Qürbətov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən enerji strategiyası çərçivəsində həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də bərpaolunan enerji potensialından səmərəli istifadə olunmasına güclü imkan verəcək. Bu layihə təkcə rayonun deyil, bütövlükdə ölkənin “yaşıl enerji” siyasətinə uyğun olaraq, gələcək nəsillərə daha sağlam mühitin ötürülməsinə xidmət edəcək.
Tədbirdə tərəfdaş şirkətlərin nümayəndələri layihə barədə məlumat veriblər. Daha sonra Faiq Qürbətov və Murad Sadıxov ilk günəş paneli dayağına imza ataraq işlərə start veriblər.

Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazi ayrılıb.

Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər.Eyni zamanda, Biləsuvar rayonundan olan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.

Günəş Elektrik Stansiyası ölkədə bərpaolunan enerji istehsalının artırılmasına, enerji balansında təmiz enerji payının yüksəldilməsinə və “yaşıl enerji” siyasətinin inkişafına mühüm töhfə verəcəkdir.

Biləsuvar rayon İH

 

Tags: BiləsuvarChina Energy DevelopmentFaiq Qürbətovgünəş elektrik stansiyasıgünəş enerjisiMasdarMurad Sadıxov

Eyni kateqoriyadan Digər materiallar

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
“Masdar” COP29-la bağlı ayrıca proqram üzərində işləyir
Yaşıl enerji

“Masdar” COP29-la bağlı ayrıca proqram üzərində işləyir

08/06/2024
“SOCAR“ və “Masdar” arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb
Azərbaycan

“SOCAR“ və “Masdar” arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb

04/06/2024
Prezident Azərbaycanda üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib
Azərbaycan

Prezident Azərbaycanda üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

04/06/2024
Baku brings about creating renewable energy plants with Masdar
Azərbaycan

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə 3 müqavilələr imzalanıb

04/06/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.