Bazar ertəsi, İyul 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

Azərbaycan nefti Xorvatiyadakı terminala gətirilir və buradan boru xətti ilə Macarıstana çatdırılır

30/06/2025
Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar
60
BAXIŞ
Share on FacebookShare on Twitter

Macarıstanın MVM və MOL şirkətləri uzunmüddətli saziş imzaladıqdan sonra Azərbaycan neftinin ilk birgə tədarükünü həyata keçirib. Bu barədə MOL-un mətbuat xidməti məlumat yayıb.

“Dugi Otok” neft tankeri Ceyhan ixrac terminalından (Türkiyənin cənub-şərqi) Omisalj terminalına (Krk adası, Şimali Xorvatiya) 92 min ton (687 min barel) Azeri Light markalı xam neft çatdırıb.

Gəmi izləmə məlumatlarına görə, neftin boşaldılması 14 iyun 2025-ci il tarixində həyata keçirilib.

Xatırladırıq ki, Ceyhan Azərbaycandan neft ixrac edən Bakı-Tbilisi-Ceyhan (BTC) magistral neft kəmərinin son nöqtəsidir, Omisalj isə Xorvatiyadan Macarıstana gedən Adriatik magistral neft kəmərinin başlanğıc nöqtəsidir.
MOL BTC magistral neft kəmərində 8,9% paya malikdir.

MOL işlənmə layihəsindəki 9,7% payı ilə Azərbaycanın şelfində yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan xam neft idxal edir.

2024-cü ildə şirkət AÇG-dən Mərkəzi və Cənub-Şərqi Avropadakı bazarlarına təxminən 5 milyon barel xam neft göndərib ki, bu da ayda təxminən bir tanker daşınmasına bərabərdir.

Macarıstanın MVM Group şirkəti Azərbaycanın neft-qaz sektoruna 2024-cü ildə daxil olub.
Şirkət Azərbaycanın Cenub Qaz Dehlizi (CQD) şirkətindən aldığı Şahdəniz layihəsində 5% və Azerbaijan Gas Supply Company Limited (AGSC) şirkətindən aldığı Cənubi Qafqaz Boru Kəməri Şirkətində (SCPC, Cənubi Qafqaz Boru Kəmərinin operatoru) 4% paya malikdir.

MOL və MVM-nin 2025-ci ilin mayında imzaladığı saziş neft və qaz kondensatının Xəzər regionundan BTC boru kəməri ilə Türkiyənin Ceyhan terminalına birgə tədarükünü, buradan xam ehtiyatın MOL bazarlarına göndərilməsini nəzərdə tutur.

Bu əməkdaşlıq çərçivəsində MOL-un öz NEZ-lərində alternativ mənbələrdən emal olunan neftin həcmini ildə 160 min tona çatdıra biləcəyi də gözlənilir.

Xəbərlərə görə, Xəzər regionu ilə Mərkəzi Avropa arasında müntəzəm və proqnozlaşdırıla bilən təchizat zəncirinin yaradılması məqsədi ilə növbəti aylarda daha çox daşınma gözlənilir.

Tags: Avropa neft bazarıAzərbaycan neftiBTCCeyhanMOLMVMneft ixracı

Eyni kateqoriyadan Digər materiallar

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
Gürcüstan bu il Azərbaycandan 159 min ton benzin idxal edib
Azərbaycan

Fransanın cari ildə Azərbaycandan idxal etdiyi neft həcmləri açıqlanıb

20/08/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
2013-cü ildə AÇG blokunda neft hasilatı cəmi 0,5% azalıb
Azərbaycan

Norveç şirkəti AÇG və BTC layihələrini rəsmən tərk etdi

02/12/2024
Из порта Джейхан отгружено более 67 млн баррелей нефти BTC
Azərbaycan

BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

29/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.