Bazar ertəsi, Aprel 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
31
BAXIŞ
Share on FacebookShare on Twitter

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” qaz yatağında ikinci quyu qazılacaq.

“Report” xəbər verir ki, bu barədə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell 30-cu yubiley Bakı Enerji Forumu çərçivəsində şirkətin mətbuat konfransında bildirib.

“Bir neçə il əvvəl BP və SOCAR birgə quyu qazaraq “Şəfəq-Asiman” adlı qaz yatağını kəşf edib. Əldə edilən məlumatların təhlilindən sonra biz belə qənaətə gəldik ki, lay əvvəlcə güman edildiyindən daha böyük ola bilər. Bunu təsdiqləmək üçün ikinci quyu qazılmalıdır. Əgər gözləntilərimiz özünü doğrultsa, işlənmə proqramı hazırlanacaq və biz qaz hasilatına başlayacağıq”, – o qeyd edib.

Q. Birrellin sözlərinə görə, Xəzər regionunda BP və SOCAR-ın uzunmüddətli və etibarlı tərəfdaşı olan “Türkiye Petrolleri” (TPAO) şirkəti layihədə iştirak etməyə ciddi maraq göstərib.

“TPAO rəsmi olaraq BP və SOCAR ilə tərəfdaşlığa qoşulub. Biz birlikdə ikinci quyunu qazmağı planlaşdırırıq. Əgər layın həqiqətən də güman edildiyindən daha böyük olduğu təsdiqlənərsə, bu, yatağın işlənməsinə başlamaq üçün yol açacaq”, – o əlavə edib.

Xatırladaq ki, SOCAR və TPAO bu gün şirkətin “Şəfəq-Asiman” dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalayıb.

Razılaşma üzrə işlərin 2025-ci ilin üçüncü rübünün sonunadək başa çatacağı gözlənilir. Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 % iştirak payına sahib olacaq – bunun 15 %-i BP-dən, 15 %-i isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda BP və SOCAR HPBS-də hər biri 50 % iştirak payına malikdir. BP kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.

Bu günə qədər blokda aparılmış geoloji kəşfiyyat işlərinə 3D seysmik tədqiqatın aparılması, əldə edilmiş məlumatların emalı və interpretasiyası, həmçinin bir kəşfiyyat quyusunun (SAX01) qazılması daxildir. 2021-ci ildə tamamlanmış SAX01 quyusu 7189 metr dərinliyə çatmaqla Fasilə lay dəstinin əsasınadək qazılmış və keçilən laylarda qaz-kondensat ehtiyatlarının mövcudluğunu təsdiqləmişdi. Daha sonra quyu əlavə qiymətləndirmə işlərinin aparılması və növbəti fəaliyyətlərin planlaşdırılması üçün bağlanmışdı.

BP ilə SOCAR arasında “Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə HPBS 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. “Şəfəq-Asiman” dəniz bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə suyun dərinliyi 650-800 metr olan bir ərazidə yerləşir. Blok “Şahdəniz”dən 60 km, Səngəçal terminalından isə 145 km-lik məsafədə yerləşir.

Tags: BPQordon BirrellquyuŞəfəq-Asiman

Eyni kateqoriyadan Digər materiallar

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir
Maraqlı Xəbərlər

KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir

27/06/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.