Bazar, İyun 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

SOCAR Almaniyanın SEFE şirkəti ilə təbii qaz alışı üzrə müqavilə imzalayıb

10/06/2025
Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq
85
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb. 

SOCAR-ın bu gün yaydığı məlumata əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək.  

İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt–saat), yəni təxminən 1,5 milyard kubmetrə çatdırılacaq.

Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.

SEFE-nin baş icraçı direktoru Egbert Laege deyib: “Bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsidir. Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “Bu razılaşma SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətində növbəti önəmli mərhələdir. SEFE-yə etibarlı və iri həcmdə təbii qaz təchiz etməklə biz Azərbaycan ilə Almaniya arasında mövcud tərəfdaşlığı daha da möhkəmləndiririk, Avropanın enerji şaxələndirməsi və dayanıqlı inkişaf hədəflərinə töhfə veririk. SOCAR bundan sonra da infrastruktur və hasilat üzrə layihələrə sərmayə qoyaraq tərəfdaşlarımız üçün təhlükəsiz və fasiləsiz enerji təchizatının təmin olunmasını davam etdirəcək”.

Avropa enerji bazarında 30 illik təcrübəyə malik SEFE Avropada qaz, elektrik və təmiz enerji məhsullarının aparıcı təchizatçısıdır və Almaniya, Böyük Britaniya, Fransa, Hollandiya, Belçika, Avstriya və Çexiyada fəaliyyət göstərir.

Caspian Barrel-in əldə etdiyi məlumata görə, SEFE-nin keçmiş adı Gazprom Germania GmbH olub, hansı ki, 1990-cı ildən 2022-ci ilə qədər dünyanın ən böyük qaz şirkəti “Gazprom”-un tam mülkiyyətində olan törəmə şirkəti idi. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra şirkət Almaniyanın federal enerji tənzimləyicisi olan Federal Şəbəkə Agentliyinin himayəsi altına alındı və o vaxtdan Almaniya Federal Hökumətinə məxsusdur.

SEFE illik 200 TVt/saat qaz və elektrik enerjisi satış həcmi ilə Avropada sənaye müştərilərinin ən mühüm təchizatçılarından birinə çevrilib. Onun 50 min müştərisi kiçik bizneslərdən tutmuş bələdiyyələrə və iri istehsalçılara qədər çoxşahəlidir.

Caspian Barrel

Tags: Egbert LaegeGazprom Germania GmbHqaz ixracıRövşən NəcəfSecuring Energy for EuropeSEFE

Eyni kateqoriyadan Digər materiallar

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.