Çərşənbə axşamı, May 20, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Успешная деятельность GL Group в центре внимания Милли Меджлиса
18
BAXIŞ
Share on FacebookShare on Twitter

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun rəhbərliyi ilə deputatlardan ibarət nümayəndə heyəti GL Group-un fəaliyyəti ilə tanış olmaq məqsədilə onun afilə şirkəti olan olan Salyan Oil Limited-in Salyan rayonunda yerləşən “Kürsəngi” və “Qarabağlı” neft-qaz yataqlarına, həmçinin şirkətin sahə ofisinə səfər ediblər.

Qonaqlar Salyandakı neft yataqlarında qazma işlərindəki 14 illik fasiləyə son qoyan, 4000 metrlik  vertikal quyunun qazıldığı sahəyə baş çəkiblər. Millət vəkilləri proqrama  daxil olan 5000 metrlik dərin vertikal quyu və Azərbaycanda quruda ilk dəfə olaraq qazılacaq horizontal hissəsi ən azı 400 metr olacaq 4400 metrlik horizontal quyu barədə ətraflı məlumat alıblar.

Millət vəkilləri “Qarabağlı” yatağında yerləşən 6 saylı sahəyə baş çəkərək burada aparılan abadlıq işləri ilə tanış olublar. Onlar “Qırmızı Kitab”a düşən yulğunkimilər fəsiləsindən olan Tamariks ağacına göstərilən xüsusi qayğının şahidi olublar.

Deputatlara 6 saylı sahədə yerləşən bütün neft mancanaqlarının elektrik enerjisi təminatının yaxın gələcəkdə bərpa olunan enerji mənbələrindən təmin olunması ilə bağlı plan haqqında məlumat verilib.

Qonaqlar həmçinin GL Group-un afilə şirkəti olan “GL Technical Services” şirkətinə məxsus geofiziki və qaldırıcı avadanlıqlara da baxış keçiriblər. Bildirilib ki, şirkət ölkənin “yaşıl gündəliyinə” uyğun olaraq bütün qaldırıcı qurğuları Avro-5 standartlarına uyğun şəkildə əldə edib və bunun nəticəsində illik karbon dioksid (CO₂) emissiyalarını 24% azaldıb.  Milli Məclis üzvləri daha sonra Salyan Oil Limited-in yeni inzibati binasında istifadəyə verilmiş Monitorinq Mərkəzinin real vaxt rejimində müşahidə olunan məlumatlara fasiləsiz çıxış imkanları ilə tanış olublar. Bundan sonra görüş dəyirmi masa arxasında davam etdirilib. Qonaqlara GL Group-un fəaliyyətinin müxtəlif istiqamətləri barəsində ətraflı məlumat verilib.

GL Group-un Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə Baş Vitse-Prezidenti Gilbert Büyler qrupun Azərbaycanda və Türkiyədə istehsalatda qazandığı nailiyyətlərdən, tətbiq olunan qabaqcıl texnologiyalardan ətraflı söhbət açıb.

GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov Milli Məclis üzvlərinin GL Group-a səfər təşəbbüsünün yüksək qiymətə layiq olduğunu qeyd edib. O vurğulayıb ki, bu kimi təşəbbüslər parlament ilə özəl sektor arasında qarşılıqlı əməkdaşlığa əlavə stimul verir.

 “GL Group” haqqında:

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

 

Tags: GLKürsəngiQarabağlıSalyan Oil LimitedSOL

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyu qazacaq
Azərbaycan

GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyu qazacaq

06/12/2024
Azərbaycanın ilk özəl neft şirkətinin yaranmasından 5 il ötür
Azərbaycan

Azərbaycanın ilk özəl neft şirkətinin yaranmasından 5 il ötür

15/04/2024
GL 2023-cü ildə neft hasilatı artımına nail olub
Azərbaycan

GL 2023-cü ildə neft hasilatı artımına nail olub

19/03/2024
GL “Kürsəngi” və “Qarabağlı” yataqlarında 8%-lik hasilat artımına nail olub
Azərbaycan

GL “Kürsəngi” və “Qarabağlı” yataqlarında 8%-lik hasilat artımına nail olub

01/12/2022
ARDNF 2018-ci ildə Azərbaycanın kiçik və orta neft-qaz yataqlarından $30 mln gəlir əldə edəcək
Azərbaycan

ARDNF 2018-ci ildə Azərbaycanın kiçik və orta neft-qaz yataqlarından $30 mln gəlir əldə edəcək

02/01/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
Azərbaycan

“Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları” təsdiqlənib

09/04/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.