Şənbə, İyun 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
15
BAXIŞ
Share on FacebookShare on Twitter

TAP AG boru kəməri şirkəti bu illin sonunadək Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) fəaliyyətindən yaranan istixana qazı emissiyalarını 5 % azaltmağı planlaşdırır.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

“Dekarbonizasiya hədəflərinə sadiqliyimiz çərçivəsində biz öz əməliyyatlarımızda 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağa çalışırıq. Əsas diqqətimizi qısa, orta və uzunmüddətli perspektivdə istixana qazı emissiyalarının azaldılmasında ən böyük təsir göstərən təşəbbüslərə, həmçinin enerji səmərəliliyini artıran tədbirlərə yönəldirik”, – TAP AG-dən bildirilib.

Şirkətin məlumatına görə, TAP-ın karbon qazı emissiyalarının 90 %-dən çoxu qaz kompressorlarının işi ilə bağlıdır. Bildirilib ki, bu kontekstdə mövcud və gələcək kompressor stansiyalarında yeni elektrik kompressorlarının quraşdırılması imkanı nəzərdən keçirilir.

“2022-2025-ci illər üçün karbon idarəetmə planımız cari ilin sonuna qədər qısamüddətli hədəfləri nəzərdə tutur, Buraya TAP-ın istixana qazı emissiyalarının proqnozla müqayisədə 5 %, metan emissiyalarının 8 % azaldılması, həmçinin 2021-ci ildə sızmaların aşkarlanması və aradan qaldırılması kampaniyasının nəticələri ilə müqayisədə qeyri-mütəşəkkil (fugitiv) emissiyaların 54 % azaldılması daxildir”, – TAP AG-dən bildirilib.

Şirkət həmçinin qeyd edib ki, ötən il TAP AG illik proqnozla müqayisədə ümumi istixana qazı emissiyalarını təxminən 20 %, metan emissiyalarını isə təxminən 58 % azaltmağa nail olub.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 16 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.

İndiyədək TAP vasitəsilə Azərbaycandan Avropaya 45,6 milyard kubmetr qaz tədarük edilib.

Tags: emissiyalarqaz kəməriTAPTrans-Adriatik Boru Kəməri

Eyni kateqoriyadan Digər materiallar

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

TAP konsorsiumu İtaliyaya qaz tədarüklərinin həcmini açıqlayıb

30/01/2024
Maraqlı Xəbərlər

TAP qaz kəmərinin genişləndirilməsi işləri başlayır

27/09/2023
TAP inauguration in Greece to take place May 17
Azərbaycan

TAP-la artıq 27 mlrd kubmetrdən çox Azərbaycan qazı daşınıb

05/09/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.