Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025
İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?
72
BAXIŞ
Share on FacebookShare on Twitter

Təməli 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan qaz kəmərinin bir neçə gün bundan əvvəl açılış mərasimi baş tutdu. Bununla da Naxçıvan artıq birbaşa Türkiyədən qaz idxal edəcək ki, bu da onun enerji təminatını daha sabit və etibarlı hala gətirəcək.

Çünki buna qədər 2005-ci ilin noyabrından Naxçıvana qaz Hacıqabul-Astara kəməri vasitəsilə İrandan svop (dəyiş-düyüş) tipli müqavilə əsasında ötürülürdü. Yeni qaz kəməri isə artıq bu asılılığı aradan qaldırılacaq, eyni zamanda Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Ona görə də İğdır-Naxçıvan qaz kəmərinin həm iqtisadi, həm də geosiyasi baxımdan iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyi bildirilir. Bu kəmər təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Anadolu bölgəsinin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli layihələrdən hesab edilir.

Mütəxəssislərin də fikrincə, İğdır-Naxçıvan qaz kəməri regionda sabitliyi və enerji təchizatının diversifikasiyasını gücləndirən mühüm layihələrdəndir.

İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında İğdır-Naxçıvan qaz kəmərinin ideya olaraq 2009-cu ildə formalaşdığını deyib. Onun sözlərinə görə, bu məsələnin strateji əhəmiyyəti hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirilib: “Bir neçə gün əvvəl artıq biz həmin kəmərin açılışını gördük. Bu kəmər Naxçıvan Muxtar Respublikasının təkcə istehlakçılarının deyil, eyni zamanda təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin yüksək səviyyədə təmin olunmasında öz rolunu oynayacaqdır. Günlük 2 milyon, illik 730 milyon kubmetr həcmində bir idxal muxtar respublika iqtisadiyyatı üçün sözsüz ki qənaətbəxş hesab edilə bilər”.

Bu kəmərin gücünün 2 dəfədən çox artırılması imkanı vardır…

İqtisadçı qeyd edib ki, perpektivdə sözügedən kəmərin gücünün 2 dəfədən çox artırılması imkanı da var: “Eyni zamanda Zəngəzur dəhlizi açıldıqdan sonra bu kəmər Azərbaycan qazını sözügedən dəhliz üzərindən Naxçıvan və Türkiyədən keçməklə geri istiqamətdə Türkiyə və Avropaya çatdıra biləcək. Məsələnin əsas tərəfi budur. Düşünürəm ki, bu kəmər bu gün Naxçıvana qaz tədarük edirsə, gələcəkdə Naxçıvandan qaz tədarükünü təmin edə biləcək”.

Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasına ehtiyac var…

E. Əmirov həmçinin orta perspektivdə Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasının zəruri olduğunu vurğulayıb: “Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasına ehtiyac vardır. Çünki boru kəmərlərində müəyyən fasilələr yaranan zaman əhalinin, xüsusən də iqtisadi fəaliyyətlə məşğul olan təsərrüfat subyektlərinin enerji təminatının kəsilməsi ciddi problemlər yaradır. Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılması bu problemi sığortalamış olar. Bildiyimiz kimi, Naxçıvanda duz yataqları vardır və onlar qaz anbarlarının yaradılması üçün dünyada istifadə edilən bir neçə təbii şərtlərdən biridir. Amma Naxçıvanda duz yataqları hətta buna imkan verməsə belə, izotermik qaz yataqlarının yaradılması mümkündür. Bununla bağlı Azərbaycanın kifayət qədər peşəkar mütəxəssisləri vardır. Hesab edirəm ki, orta perspektivdə bu məsələyə baxılması daha məqsədəuyğun olardı”.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Trend-ə açıqlamasında İğdır-Naxçıvan qaz kəmərinin regionun enerji təhlükəsizliyinə töhfə verəcəyini deyib. O bildirib ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığının aradan qaldırılması baxımından vacibdir: “Kəmər vasitəsilə Naxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək, daha sonra mavi qazın illik həcmi iki dəfə artırılacaq, bu da Naxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacaq.

Kəmərin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbin fasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerji təhlükəsizliyinin formalaşdırılmasıdır”.

“Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyə vasitəsilə alacaq, bu da asılılığı aradan qaldırmış olacaq. Digər tərəfdən, bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatı baxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə, xüsusilə Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusi töhfəsi olacaq.

Kəmər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək”, – deyə V. Bayramov vurğulayıb.

Naxçıvanda qaz təchizatının daha etibarlı və davamlı olması həm sənayenin inkişafı, həm də əhalinin rifahına müsbət təsir göstərəcək. Sənaye müəssisələrinin enerji təminatı yaxşılaşacaq, yeni investisiya imkanları yaranacaq və əhalinin sosial rifahı yüksələcək.

Bu səbəblərə görə İğdır-Naxçıvan qaz kəməri həm iqtisadi, həm siyasi, həm də enerji təhlükəsizliyi baxımından mühüm strateji layihə hesab olunur.

Tags: Azərbaycan qazıİğdır-Naxçıvan qaz kəmərikəmərlərTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.