Bazar ertəsi, Dekabr 15, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib

"Əsrin müqaviləsi" layihəsi çərçivəsində ən məhsuldar və ən böyük platforma məhz "Mərkəzi Azəri"dir

18/02/2025
“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azəri-Çıraq-Günəşli (AÇG) yatağında “Çıraq” platformasından sonra ikinci hasilat platforması olan “Mərkəzi Azəri”dən ilk neftin əldə olumasının 20 illi tamam olur. Bu haqda AÇG layihəsinin operatoru olan “bp-Azerbaijan” şirkəti məlumat yayıb. 

Məlumatda bildirilir ki, 18 fevral 2005-ci ildə zati-aliləri Prezident İlham Əliyev yeni inşa olunmuş “Mərkəzi Azəri” hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd etdi. 

O vaxtdan “Mərkəzi Azəri” AÇG-nin hasilat səlnaməsinin aparıcısıdır və yataqdakı bütün platformalar arasında ən yüksək hasilat göstəcisi ona məxsusdur – ümumilikdə 152 milyon ton (1,1 milyard barel) neft hasil edilib. 

Ötən il də “Mərkəzi Azəri” bütün əməliyyatlarına təhlükəsiz və etibarlı şəkildə davam edərək il ərzində gündəlik 97 min barel orta hasilat göstəricisi ilə AÇG platformaları arasında liderliyini saxlamışdır. 

“Mərkəzi Azəri” hasilat, qazma və yaşayış platforması ona körpü ilə birləşmiş texniki platforma olan kompressor və suvurma qurğusu ilə birlikdə Xəzərdə ən böyük dəniz komplekslərindən biridir. Bu kompleks AÇG-dəki digər platformalara və qurğulara vacib əməliyyatlar mərkəzi kimi də xidmət edir və öz qabaqcıl texniki imkanları sayəsində bütün yataqda əməliyyatların təhlükəsiz və etibarlı aparılmasını təmin edir. 

Hazırda bu kompleksdə 210-a yaxın işçi çalışır ki, onların da 96%-i,  platformanın növbəli çalışan iki rəhbərindən biri olan Cavid İsgəndərli də daxil olmaqla, Azərbaycanlı mütəxəssislərdir. Cavid Azərbaycanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə iki il öncə SOCAR-ın Fəxri Fərmanına layiq görülüb.

Platformada hazırda ümumilikdə 43 quyu istismardadır – bunlardan 28-i hasilat, 9-u qaz injector quyusu, 5-i suvurma və biri isə şlamların laylara vurulması üçün quyudur. 

“Mərkəzi Azəri” dünya səviyyəli bir dəniz obyektidir. O bundan sonra da hələ uzun illər AÇG-nin uğurlu gələcəyinə dəyərli töhfələr verməklə Azərbaycanın neft sənayesinin aparıcılarından biri olacaq. 

Tags: AÇGBP AzerbaijanMərkəzi AzəriƏsrin müqaviləsi

Eyni kateqoriyadan Digər materiallar

На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Azərbaycan

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

17/02/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
BP: платформы на Каспии не будут остановлены на ремонт в 2023г
Azərbaycan

BP ilin sonuna qədər AÇG-dən təbii qaz hasilatına başlamağı planlaşdırır

28/01/2025
Азербайджан 15 января возобновит поставки газа в Болгарию
Azərbaycan

BP bu il “Şahdəniz” yatağında seysmik kəşfiyyat proqramının icrasına başlayacaq

28/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.