Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2029-cu ildə “Şahdəniz” yatağından aşağı təzyiqli qaz hasilatı başlanacaq

28/01/2025
130 bcm of gas have already been exported from the Caspian Shah Deniz field

Платформа на Шах Дениз

80
BAXIŞ
Share on FacebookShare on Twitter

“BP-Azerbaijan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ilk aşağı təzyiqli qazın hasilatını 2029-cu ilin ortalarına planlaşdırır.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Şirkət qeyd edib ki, qaz yataqlarının işlənməsi zamanı lay təzyiqinin azalması təbii bir prosesdir və bu, qaz hasilatının həcminin tədricən azalmasına səbəb olur: “Bu vəziyyətdə qazın kompressiyası neft-qaz sənayesində geniş tətbiq edilən və özünü doğruldan bir texnologiyadır. Aşağı təzyiqli qaz ehtiyatlarının hasilatı və onların maksimum səmərə ilə çıxarılması məqsədilə yeni kompressor platformasının inşası planlaşdırılır.

Layihə çərçivəsində aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur:
– Elektrik enerjisi ilə işləyən pilotsuz “Shah Deniz Compression” (SDC) kompressor platformasının tikintisi;
– Mövcud “Shah Deniz Alpha” (SDA) və “Shah Deniz Bravo” (SDB) platformalarından qazın ixracı və idxalı üçün mədəndaxili sualtı qaz kəmərlərinin çəkilməsi;
– SDC platformasının elektrik enerjisi ilə təmin olunması, həmçinin SDA və SDB platformalarının ehtiyat elektrik enerjisi üçün fiber-optik kabellərin quraşdırılması.

“BP-Azerbaijan” bildirib ki, yeni SDC platforması “Shah Deniz Alpha” platformasından 10 km, “Shah Deniz Bravo” platformasından isə 3 km məsafədə, 85 metr dərinlikdə quraşdırılacaq: “Bu platformalarda hasil ediləcək qaz kompressiya üçün əvvəlcə yeni platformaya, daha sonra isə Səngəçal terminalına nəql olunacaq”.

Qeyd olunur ki, SDC platformasının istifadəyə verilməsi “Şahdəniz” yatağındakı quyuların və yatağın istismar müddətini uzadacaq. Layihə çərçivəsində “Shah Deniz Alpha” platformasından aşağı təzyiqli qazın hasilatına, qrafikə uyğun olaraq, 2029-cu ilin ortalarında, “Shah Deniz Bravo” platformasından isə 2030-cu ilin ortalarında başlanması planlaşdırılır.

Şirkət bildirir ki, layihə zamanı Səngəçal terminalında nə yeni infrastrukturun tikintisinə, nə də ərazisinin genişləndirilməsinə ehtiyac olmayacaq, çünki işlər SDA, SDB platformalarının və terminalın mövcud infrastrukturunda aparılacaq.

“Layihə çərçivəsində SDC platformasının dayaq bloku və üst tikililəri, eləcə də sualtı infrastrukturun komponentlərinin Azərbaycanda tikilməsi planlaşdırılır. Tikinti podratçıları üzrə tender prosedurlarının 2025-ci ilin ikinci rübünün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Sahildə tikinti işləri və obyektlərin istismara verilməsi əsasən 2026-2028-ci illər ərzində həyata keçiriləcək”, – şirkətdən bildirilib.

Gözlənilir ki, SDC layihəsinin tikinti mərhələsində 2 600 nəfərə yaxın yerli işçi qüvvəsi iştirak edəcək. Qeyd olunub ki, xidmət personalı olmadan işləyən SDC platformasının istismar mərhələsində yalnız məhdud sayda mütəxəssislər cəlb ediləcək.

Xatırladaq ki, “BP-Azerbaijan”ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı daha əvvəl bildirib ki, layihənin maliyyələşdirilməsi ilə bağlı yekun qərarının (FID) 2025-ci ildə qəbul edilməsi planlaşdırılır.

 

Tags: aşağı təzyiqli qazBP Shahdenizplatformaqaz hasilatıŞahdəniz

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.