Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

S&P 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının stabil olacağını proqnozlaşdırır

09/12/2024
Азербайджан прогнозировал параметры госбюджета по различным ценам нефти

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1605106478965","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1605106478948","source":"other","origin":"gallery"}

44
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanda 2027-ci ilə qədər neft hasilatı (qaz kondensatı da daxil olmaqla) sutkada 0,58 milyon barel təşkil edəcək.

“Report” bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatlarına istinadən xəbər verir.

“Neft hasilatı (qaz kondensatı daxil olmaqla) 2027-ci ilədək orta hesabla gündəlik 0,58 milyon barel səviyyəsində qalacaq. “Azəri-Çıraq-Günəşli” kimi əsas neft yataqlarının köhnəlməsi səbəbindən hasilat son illərdə davamlı olaraq azalaraq 2019-cu ildəki 0,79 milyon bareldən 2023-cü ildə 0,65 milyon barelə düşüb. Hesab edirik ki, 2024-cü ildə hasilat orta hesabla gündəlik 0,58 milyon barel təşkil edəcək və növbəti bir neçə il ərzində bəzi yataqlardakı davamlı azalmanın digərlərindəki kiçik əlavə güclər hesabına kompensasiya edilməsi nəticəsində hasilatda müəyyən sabitləşmə baş verəcək”, – agentlik qeyd edib.

“S&P”nin qiymətləndirmələrinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri hasilatdakı azalmanı yavaşlatmaq üçün əlavə investisiyalar yatıracaq.

“Lakin uzunmüddətli perspektivdə hasilat, çox güman ki, azalmağa davam edəcək”, – analitiklər hesab edirlər.

“S&P” proqnozlaşdırır ki, Azərbaycanda kommersiya qaz hasilatı ildə 36-37 milyard kubmetr səviyyəsində sabitləşəcək.

“Azərbaycanda qaz hasilatı Şahdəniz qaz yatağının ikinci mərhələsinin işlənməyə başladığı 2018-ci ildən əhəmiyyətli dərəcədə artıb və 16 milyard kubmetr platosuna çatıb. Ümumilikdə, hesab edirik ki, Azərbaycan pik qaz hasilatına yaxınlaşıb və bir neçə il ərzində bu səviyyəni qoruyub saxlayacaq”.

“S&P” analitikləri qeyd edirlər ki, uzunmüddətli perspektivdə Azərbaycanda qaz hasilatını artıra biləcək bir neçə layihə mövcuddur. Bunlara “Abşeron” yatağının ikinci mərhələsi (hasilatın ildə 1,5 milyarddan 5 milyard kubmetrə qədər artırılması), AÇG blokundakı dərin qatlardan hasilat, “Ümid”, “Babək” və “Qarabağ” yataqlarının işlənməsi daxildir.

“Bu layihələr planlaşdırma mərhələsindədir və hasilatın başlanması üçün bir neçə il tələb olunacaq (hər bir halda həyata keçirilmə qərarının qəbul edilməsi şərtilə)”, – məlumatda vurğulanır.

Agentlik hesab edir ki, Azərbaycanın Avropaya qaz ixracını artırması boru kəməri infrastrukturunun daha da genişləndirilməsini tələb edəcək: “Belə genişlənmə Azərbaycan və Avropa alıcıları arasında təchiz edilən qazın uzunmüddətli həcmləri və qiymətləri ilə bağlı razılaşmalardan asılı olacaq”.

“S&P” vurğulayıb ki, Azərbaycan hökuməti bərpa olunan enerji mənbələrinin inkişafını fəal şəkildə təşviq edir:

“Xüsusilə, ölkənin günəş, külək və hidroenerji potensialından istifadə planları var. Bundan əlavə, Xəzər regionundan Macarıstan və Rumıniyaya “yaşıl elektrik enerjisi”nin ixracına imkan verəcək Qara dənizin dibi ilə enerji kabelinin çəkilişi layihəsi üzərində iş davam edir. Azərbaycanda bərpa olunan enerji istehsalının əlavə gücləri hazırda qazla istehsal olunan daxili elektrik enerjisinin bir hissəsini əvəz edə bilər. Bu da ixrac boru kəməri güclərinin genişləndirilməsi şərtilə Avropaya əlavə qaz həcmlərinin təchizinə gətirib çıxara bilər”.

 

Tags: Azəri-Çıraq-Günəşlineft hasilatıproqnozS&P

Eyni kateqoriyadan Digər materiallar

“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
Azərbaycanda 2027-ci ilə qədər neft-qaz hasilatı ilə bağlı proqnozlar açıqlanıb
Azərbaycan

Azərbaycanda 2027-ci ilə qədər neft-qaz hasilatı ilə bağlı proqnozlar açıqlanıb

10/06/2024
ACE first production well spudded
Azərbaycan

İlin sonuna ACE platformasından gündəlik hasilat 24 min barelədək artacaq

17/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.