Bazar ertəsi, Dekabr 15, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyu qazacaq

06/12/2024
GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyu qazacaq
200
BAXIŞ
Share on FacebookShare on Twitter

GL Group Azərbaycan tarixində ilk dəfə olaraq quruda yerləşən dərin neft laylarına çatmaq üçün 4400 metr dərinlikdə planlaşdırılmış yanal uzunluğu təxminən 400 metr olan üfüqi neft quyusu qazacaq. Qeyd olunan üfüqi quyunun qazılması Salyan rayonundakı “Kürsəngi” və “Qarabağlı” yataqlarında qazma işlərində yaranmış 14 illik fasiləyə son qoyacaq və həmin yataqlarda üç yeni mürəkkəb dərin quyunun qazılmasını nəzərdə tutan daha iri miqyaslı qazma təşəbbüsü çərçivəsində yerinə yetiriləcək. Bu həftə GL Group həm yerli, həm də beynəlxalq qazma şirkətlərini dəvət edərək qazma xidmətləri üçün tender elan etdi (https://www.gl.world/media/news/tender-announcement/).

Qazma işləri çərçivəsində GL Group-un Azərbaycanın neft-qaz sektorunda innovasiya və əməliyyat mükəmməlliyinə nail olmaq hədəflərini dəstəkləyən yeni texnologiyalardan istifadə ediləcək.

Bu ilin əvvəlində GL Group, özünün afilə şirkəti olan Taghiyev Operating Company əməliyyat şirkətinin istismar etdiyi “Buzovna-Maştağa” və “Qala” yataqlarında altı yeni quyunun qazma işlərini vaxtından əvvəl, insidentsiz və ətraf mühitə tam təsirsiz şəkildə başa çatdırıb. Hazırda bu altı quyuda hasilat ilkin proqnozları üstələyib və bu, GL Group-un əməliyyat səmərəliliyini və mükəmməl nəticələr əldə etmək prinsipllərinə sadiqliyini bir daha vurğulayır.

GL Group həmçinin özünün afilə şirkəti olan Salyan Oyl Limited əməliyyat şirkətinin istismar etdiyi “Kürsəngi” və “Qarabağlı” yataqlarında 19 il davam edən baza hasilat düşməsinə son quyub və hazırda əhəmiyyətli kapital sərmayələr qoymadan həyata keçirilən istismar səmərəliliyi proqramları sayəsində bu yataqlarda hasilat artımına da nail olub.

“Bu qazma proqramı GL Group üçün irəliyə doğru atılan mühüm addımdır. Qabaqcıl qazma metodlarının və əməliyyat səmərəliliyi təşəbbüslərinin vəhdəti regionda quruda yeni hasilat standartlarının müəyyənləşdirilməsi ilə nəticələnəcək,” deyə GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov qeyd edib.

GL Group haqqında:

GL Group Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

Tags: Asif ZeynalovGLKürsəngiQarabağlıSalyan Oil

Eyni kateqoriyadan Digər materiallar

В США представлена азербайджанская разработка GL Group по применению искусственного интеллекта в сейсмических исследованиях
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025
Успешная деятельность GL Group в центре внимания Милли Меджлиса
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
Azərbaycanın ilk özəl neft şirkətinin yaranmasından 5 il ötür
Azərbaycan

Azərbaycanın ilk özəl neft şirkətinin yaranmasından 5 il ötür

15/04/2024
GL 2023-cü ildə neft hasilatı artımına nail olub
Azərbaycan

GL 2023-cü ildə neft hasilatı artımına nail olub

19/03/2024
GL şirkəti ADA Universiteti ilə Memorandum imzaladı
Azərbaycan

GL şirkəti ADA Universiteti ilə Memorandum imzaladı

27/10/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.