Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Equinor” Azərbaycandakı aktivlərinin satışından $745 mln əldə edəcək

09/12/2024
Equinor получит $745 млн от продажи азербайджанских активов
32
BAXIŞ
Share on FacebookShare on Twitter

Norveçin “Equinor” şirkəti Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcək.

Bu barədə “Report” şirkətin bəyanatına istinadən məlumat verir.

“Equinor” vurğulayıb ki, şirkətin 30 ildən çox əməkdaşlıq etdiyi Azərbaycan və Nigeriyadan çıxmasına səbəb olan sövdələşmələr müvafiq olaraq 29 noyabr və 6 dekabrda bağlanıb.

“Şirkət Azərbaycan və Nigeriyada hasilat aktivlərindən çıxmaq üçün ümumi dəyəri 2 milyard ABŞ dollarına qədər olan sövdələşmələri başa çatdırıb. Bu məbləğdən 745 milyon ABŞ dollarına şirkətin Azərbaycan portfelinin satışından əldə edəcəyi vəsaitdir. Nigeriya üzrə sövdələşmə 710 milyon ABŞ dollarına alış və şərti ödənişlər daxil olmaqla 1,2 milyard ABŞ dollarına qədər qiymətləndirilib”, – məlumatda qeyd olunub.

Bu ilin yanvar-sentyabr aylarında şirkətin Azərbaycan və Nigeriyada gündəlik hasilatının ümumi həcmi müvafiq olaraq 24 600 və 18 700 barel neft təşkil edib. Sövdələşmələrin bağlanması bu ilin dördüncü rübündə şirkətin pul axınına müsbət təsir göstərəcək.

“Equinor” 2023-cü ildə Azərbaycan və Nigeriyada aktivlərinin satışı və əməliyyatlardan çıxması barədə elan edib. Şirkətdən vurğulanıb ki, bu sövdələşmələr onun neft-qaz portfelinin optimallaşdırılması strategiyasına uyğundur və daha fokuslanmış, etibarlı beynəlxalq portfel yaradacaq.

“Bu sövdələşmələr beynəlxalq portfelimizə diqqət yetirməyimizə kömək edir. Son alışlar və rəqabətqabiliyyətli layihələrə investisiyalarla birlikdə biz uzunmüddətli perspektivdə davamlı istehsal və mənfəəti təmin etməyi hədəfləyirik”, – “Equinor”un beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matye bildirib.

“Azərbaycan və Nigeriya onilliklər boyu beynəlxalq portfelimizin mühüm ölkələri olub. Tərəfdaşlar və təchizatçılarla birlikdə biz “Equinor” və bütövlükdə cəmiyyət üçün əhəmiyyətli dəyər yaratmışıq”, – o əlavə edib.

Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycandakı aktivlərinin Dövlət Neft Şirkətinə satışına dair müqavilə bağlayıb. O cümlədən “Equinor” SOCAR-a AÇG blokunun və BTC neft kəmərinin işlənməsi layihələrində iştirak paylarını və “Qarabağ” yatağının işlənməsi layihəsindəki 50 % payını satıb. “Qarabağ” layihəsində iştirak payının satışı üzrə sövdələşmə bu ilin aprelində başa çatdırılıb.

2024-cü ilin iyulunda Norveç şirkəti SOCAR və “ONGC Videsh Limited” ilə “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhandakı paylarının satışına dair artıq dəyişdirilmiş və yekun müqavilə imzalayıb.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
WTI Crude Price
Brent Crude Price

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.