Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şahbazov: “Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq”

Qərargahı Bakıda olmaqla Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan elektrik magistral kabel layihəsi üzrə Birgə Müəssisənin yaradılması da nəzərdə tutulur

21/10/2024
Şahbazov: “Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq”
41
BAXIŞ
Share on FacebookShare on Twitter

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş” imzalanacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.

O qeyd edib ki, Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir: “Qərargahı Bakıda olmaqla layihə üzrə Birgə Müəssisənin yaradılması qarşıda duran vəzifələrdəndir. Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması COP-a olan planlarımız sırasındadır”.

P.Şahbazov vurğulayıb ki, praktiki cəhətdən “Xəzər-Qara dəniz-Avropa “Yaşıl Enerji Dəhlizi”nin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur.

Bildirildiyi kimi, Saziş layihəsində tərəflərin Avropaya və digər regionlara “təmiz enerji” tədarükünün təşkili, yeni texnologiyaların tətbiqi və enerji səmərəliliyi, eləcə də enerji qənaəti xidmətlərinin inkişafı sahəsində əməkdaşlıq niyyətləri öz əksini tapıb. Saziş qeyri-müəyyən müddətə imzalanacaq.

Xatırladaq ki, Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika nazirləri 2024-cü il mayın 1-də Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində üç respublikanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar. Sənəd memorandum iştirakçıları tərəfindən Azərbaycan, Qazaxıstan və Özbəkistandan texniki və iqtisadi baxımdan ən optimal “yaşıl enerji” ticarətini həyata keçirmək üçün Xəzər dənizinin dibi ilə və digər dövlətlərin ərazisində yüksək gərginlikli kabel çəkilməsi yolu ilə üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin imkanlarının öyrənilməsini nəzərdə tutur.

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.