Bazar, Fevral 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Hökumət neft-qaz sektorundan büdcəyə daxilolma proqnozlarını dəyişib

Bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında məlumat verilib

30/07/2024
Hökumət neft-qaz sektorundan büdcəyə daxilolma proqnozlarını dəyişib
23
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu il “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların proqnozu 280 milyon manat (75,7 %), “Şahdəniz” layihəsi üzrə isə 325 milyon manat (20,2 %) artırılıb.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

“Daxilolmaların proqnozu 2024-cü il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə, yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı “Azəri Light” markalı xam neftin bir barelinin orta ixrac qiymətinin 15 ABŞ dolları artırılaraq 75 ABŞ dolları müəyyən edilməsi ilə yanaşı, 2023-cü ilin IV rübü və cari ilin yanvar-mart ayları üzrə neftin orta ixrac qiymətinin 87,2 ABŞ dolları təşkil etməsi ilə əlaqədar artırılıb”, – arayışda deyilir.

Beləliklə, neft-qaz sektoru üzrə vergi daxilolmalarının 43,7 %-ini və ya 2 milyard manatını Azərbaycan Dövlət Neft Şirkəti üzrə vergilər, 14,2 %-ini və ya 650 milyon manatını “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 42,1 %-ini və ya 1 milyard 930 milyon manatını isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma ilə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat, o cümlədən dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 769 milyon manat səviyyəsində təsdiq edilib. Dövlət Neft Fondunun transferti 12 milyard 781 milyon manat səviyyəsində gözlənilir.

Tags: büdcə gəlirlərihökumətMaliyyə nazirliyiNeft-qaz sektoru

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan ÜDM-i hansı səbəblərdən yanvarda 3,3% azaldı?
Azərbaycan

Azərbaycanda neft-qaz sektoru üzrə vergi daxilolmaları 40 %-dən çox azalıb

23/04/2024
I yarımillikdə Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirləri 13,5% azalıb
Azərbaycan

I yarımillikdə Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirləri 13,5% azalıb

13/08/2021
Утверждены гарантии правительства по контракту блока D230
Azərbaycan

Hökumət D230 perspektiv blokunun işlənməsinə dair öhdəlikləri təsdiqlədi

25/07/2018
SOCAR unveils revenues on countries
Azərbaycan

Bu il SOCAR 419 mln. manat kredit götürüb

09/07/2018
İlham Əliyev:  “Cənub” qaz dəhlizinin müəllifi və aparıcı güvvəsi Azərbaycandır. Bunu hamı bilməlidir”
Azərbaycan

Millət vəkili yeni Baş nazirin adını açıqladı

21/04/2018
During 16 months Azerbaijan Central Bank lost over $10.2 billion
Azərbaycan

Neft Fondunun aktivləri 1 ildə $327 mln azalıb

11/12/2017
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.