Belə bir tapşırığı dövlət başçısı Azərbaycan Dövlət Neft Şirkətinin yeni rəhbərliyi qarşısında təxirəsalınmaz məsələ kimi qoyub
Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ölkənin ən iri şirkəti SOCAR-ın yeni rəhbərliyinə onu şəffaf beynəlxalq enerji şirkətinə çevrilməsinə dair tapşırıq verib.
“SOCAR-da islahatlar çərçivəsində yeni idarəetmə modelini tətbiq edirik. SOCAR, nəhayət ki, çox şəffaf beynəlxalq enerji şirkətinə çevriləcək. Yeni rəhbərliyə konkret tapşırıq verilib”, – Əliyev cümə günü keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə bildirib.
Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.