Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir

07/03/2022
Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktorunun müşaviri Bəhruz Bəhramovun müsahibəsini təqdim edir:

– Dünya bazarında neft və təbii qazın qiymətlərinin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş qiymətləri iki dəfədən çox üstələdiyini nəzərə alaraq, bu il ARDNF-ə əlavə nə qədər vəsaitin daxil olması gözlənilir?

– Fondun 2022-ci il büdcəsində mənfəət neftinin və qazın satışı maddəsi üzrə ümumilikdə 5 046,5 mln ABŞ dolları məbləğində (xam neftin 50 ABŞ dolları qiyməti ilə) vəsaitin daxil olması nəzərdə tutulub. Xam neftin qiymətində hər 10 ABŞ dolları artım Fonda əlavə təqribən 1,4 milyard ABŞ dollarına qədər vəsaitin daxil olmasına şərait yaradır.

– Netin qiymətinin proqnozları üstələməsi ilə əlaqədar ARDNF-in büdcəsinə yenidən baxılması gözlənilirmi?

– “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq Fondun büdcəsinin icmal büdcənin tərkib hissəsi olduğunu, onun əsas parametrlərinin, o cümlədən xam neftin baza qiymətinin dövlət büdcəsi ilə eyni götürüldüyünü nəzərə alaraq, Fondunun büdcəsində dəyişiklik edilməsi icmal və dövlət büdcəsində edilən dürüstləşdirmə prosesi çərçivəsində həyata keçirilir.

– Gəlirlərin artmasını nəzərə alaraq, ARDNF-in xərclərinə yenidən baxıla bilərmi? Bu xərclər hansı sahələri əhatə edə bilər?

– “Büdcə sistemi haqqında” qanuna əsasən icmal büdcənin tərkibində Fondun xərclərinin yuxarı həddi büdcə qaydası, o cümlədən bu qaydaya uyğun olaraq hesablanan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi əsasında müəyyən edilir. Bununla əlaqədar Fondun xərclərinə yalnız icmal və dövlət büdcəsində edilən dəyişikliklər çərçivəsində yenidən baxıla bilər. Hazırda Fondun büdcəsi çərçivəsində dövlət büdcəsinə transfer ödənişləri, habelə iki təhsil proqramının, o cümlədən “2019-2023-cü illərdə ali təhsil sisteminin rəqabətqabiliyyətliyinin artırılması”, habelə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramları”nın maliyyələşdirilməsi təmin edilir. Fondun digər sahələr birbaşa maliyyələşdirməsi nəzərdə tutulmur.

– Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı əlavə vəsaitin ayrılmasını nəzərdə tutulurmu?

– Bu istiqamətdə maliyyələşdirmə dövlət büdcəsi çərçivəsində həyata keçirildiyindən, qeyd edilən məsələyə büdcə xərcləri çərçivəsində baxılır. Fondun büdcəsində nəzərdə tutulan proqramlardan əlavə olaraq hər hansı digər layihələrə vəsaitin birbaşa ayrılması nəzərdə tutulmur.

fed.az

Tags: Azeri LigthNeft Fondu

Eyni kateqoriyadan Digər materiallar

Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
Члены ОПЕК Венесуэла и Иран считают комфортной цену на нефть $100
Azərbaycan

Azərbaycan Dövlət Neft Fondu II rübdə 16 tona yaxın qızıl alıb

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
Neft Fondu: məqsədimiz  spekulyativ gəlir əldə etmək deyil
Azərbaycan

Azərbaycanın Neft Fondu 25 ilə 202 milyard dollar gəlir əldə edib

18/07/2024
Neft Fondunun gəlirləri azalmağa başladı
Azərbaycan

Neft Fondu “Meta”nın 179 milyonluq səhmlərini alıb

29/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.