2021-ci ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 1,45 milyard manat təşkil edib
“2021-ci ildə SOCAR Azərbaycanın dövlət büdcəsinə 2020-ci ildə 1,39 milyard manata qarşı 1,45 milyard manat vergi ödəyib”, – “İnterfaks-Azərbaycan”a SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov məlumat verib.
Beləliklə, 2021-ci ildə SOCAR-ın vergi ayırmalarının həcmi bir illə müqayisədə 4,3% artıb.