Bazar ertəsi, İyun 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov: “Serbiya 2023-cü ildə SGC-yə inteqrasiyasına ümid edir”

04/02/2022
Pərviz Şahbazov: “Serbiya 2023-cü ildə SGC-yə inteqrasiyasına ümid edir”
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Serbiya, Bolqarıstan-Serbiya qaz interkonnektorunun 2023-cü ildə istismara verilməsi ilə Cənub Qaz Dəhlizinə (SGC) inteqrasiyasına ümid edir.

“Report” xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov tviter hesabında yazıb.

Qeyd edək ki, Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə fevralın 1-də başlanılıb və başa çatdırılması 2023-cü ilin dördüncü rübündə planlaşdırılır.

Niş-Dimitrovqrad-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi qismən Avropa İttifaqının (Aİ) qrantları hesabına maliyyələşdiriləcək. Bu maliyyələşdirmə 49,6 milyon avro məbləğində olacaq, Avropa İnvestisiya Bankından 25 milyon avro dəyərində əlverişli kredit əlavə edilməklə. Qaz kəmərinin Serbiya ərazisindən keçən hissəsi isə bu dövlət tərəfindən ödəniləcək.

Serbiya bu günə qədər layihə üçün 7,5 milyon avro ayırıb. İnterkonnektor Niş şəhərini Bolqarıstanın paytaxtı Sofiya ilə birləşdirəcək, yeni boru kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetr təbii qaz təşkil edəcək.

Layihəyə əsasən, yeni qaz kəməri Serbiyanın cari illik ehtiyacı ilə müqayisədə əlavə 80 % ötürmə qabiliyyətini təmin edəcək ki, bu da ildə təxminən 2,4 milyard kubmetr qaz deməkdir.

Bildirilir ki, yeni boru kəməri Yunanıstan və Bolqarıstan arasında inşa edilən yeni boru kəməri (IGB) ilə birlikdə Serbiya və Qərbi Balkanlarda enerji mənbələrini şaxələndirəcək və təchizat mənbələrini genişləndirəcək. O, həmçinin Serbiyanın indiyədək qazı olmayan yerlərdə, əsasən ölkənin cənub və şərq hissəsində qaza çıxışı asanlaşdıracaq.

Xatırladaq ki, Aİ Serbiyanın bütün enerji sektoru üçün 2022-ci il üçün 100 milyon avro, o cümlədən bu layihə üçün 49,6 milyon avro məbləğində geri qaytarılmayan Aİ-nin IPA fondları hazırlayıb.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

Tags: Pərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.