Çərşənbə axşamı, May 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-da “Zəfər Günü” qeyd edilib – FOTO

05/11/2021
SOCAR-da “Zəfər Günü” qeyd edilib – FOTO
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, şəhid neftçilərin ailə üzvləri və neftçi qazilər iştirak ediblər. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Neftçilər Vətən müharibəsində” foto-albomunun və eyni adlı filmin təqdimatı keçirilən tədbirdə təqdim olunan foto-albom və film haqqında tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Vətən müharibəsində iştirak etmiş SOCAR əməkdaşlarının həyat hekayələrinin əks olunduğu albom-kitabda Azərbaycan neftçilərinin Vətənə, millətə bağlılığı, ənənələrə sədaqəti əks olunub.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan Azərbaycan xalqını və onun avanqard qüvvəsi olan çoxminli neftçilər ailəsini Zəfər günü münasibəti ilə təbrik edib, SOCAR ailəsi üzvlərinin ön və arxa cəbhədə göstərdikləri hünər yolundan söz açıb.

SOCAR-ın prezidenti deyib: “Böyük Qələbəmiz şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Şəhidlərimiz bizim and yerimizdir. Uşaqdan böyüyə hər bir azərbaycanlı onların xatirəsini əziz tutur. Bu gün Şəhidlərimizin ruhu şaddır. Onların haqq işi qələbə çalmış, qanları yerdə qalmamışdır. 500-dən artıq neftçinin iştirak etdiyi Vətən müharibəsində 6 unudulmaz həmkarımız – Alı, Oktay, Şahgündüz, Tural, Səmural, Aydın Vətən uğrunda canlarından keçərək şəhidlik məqamına yüksəlmişlər. Onların xatirəsinin əbədiləşdiriləcək, onların ülvi idealları gənc nəslə aşılanacaq. Bu gün nümayiş etdirilən film və “Neftçilər Vətən müharibəsində” kitabı bu istiqamətdə atılmış ilk addımlardandır”.

SOCAR prezidenti şəhid neftçilərin ailə üzvlərinin və neftçi qazilərin problemlərinin daim diqqət mərkəzində olduğunu söyləyib, bu istiqamətdə görülən işlərdən danışıb.

Sonra şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək ötən il Vətən müharibəsində əldə edilmiş qələbənin hər bir Azərbaycan vətəndaşının Zəfər yaddaşı olduğunu bildirmiş, ötən müddətdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.

Qazilərdən Təhlükəsislik İdarəsinin öperativ şöbəsinin mühəndisi Pərviz Quliyev öz döyüş təəsüratlarından danışıb, Vətən müharibəsində əldə edilmiş qələbənin inanılmaz hiss olduğunu bildirib. Qeyd olunub ki, Qarabağ uğrunda canından keçən qəhrəmanlarımız bu zəfərlə qalib millət obrazını tamamlayıblar.

Tədbirin sonunda “Neftqazelmitədqiqatlayihə” institutunun texniki istismar şöbəsinin rəisi İbrahim Allahverdiyev İkinci Qarabağ müharibəsində şəhid olmuş neftçilərin ailə üzvləri, neftçi-qaziləri və bütün Azərbaycan neftçiləri adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanlanmış müraciəti oxuyub.

Tags: SOCARZəfər Günü

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.