Çərşənbə axşamı, İyun 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Nazir: “Azərbaycanın böyük qaz ehtiyatlarına əsaslanan yeni təbii qaz mənbəyi artıq Avropa bazarındadır”

16/11/2021
Nazir: “Azərbaycanın böyük qaz ehtiyatlarına əsaslanan yeni təbii qaz mənbəyi artıq Avropa bazarındadır”
2
BAXIŞ
Share on FacebookShare on Twitter

“Beynəlxalq enerji institutlarının araşdırmaları göstərir ki, təbii qaz qarşıdakı 30 il ərzində dünya enerji bazarında əhəmiyyətli paya malik olacaqdır”.

“Report” xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) energetika nazirlərinin 23-cü görüşündə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz enerji siyasətində bir çox tərəflərin maraqlarını nəzərə alır:

“OPEC-in proqnozlarına görə, 2045-ci ilə qədər neft və qaz ümumi enerji kompleksinin 50 %-dən çoxunu təşkil edəcək. Bu baxımdan, enerjinin indiki keçidi ənənəvi enerji mənbələrini sıxışdırmaqla deyil, onlarla birlikdə mümkün görünür.

Bu kontekstdə Avropa və Asiyada enerji tələbatının ödənilməsindəki çətinliklər və neft və kömür mənzərəsinin dəyişməsi təbii qazın qiymətinin kəskin şəkildə artmasını ciddi əlamət kimi qiymətləndirilməlidir.

Enerji siyasətində qlobal tendensiyaları nəzərə alan Azərbaycan həm neft, həm də qaz layihələrində həmişə ardıcıl məqsəd güdür: daxili, regional və qlobal səviyyədə enerji təhlükəsizliyinə, sabitliyə, əməkdaşlığa və inkişafa xidmət etmək. Bu məqsədin bariz təzahürü olan nəhəng Cənub Qaz Dəhlizi ötən il dekabrın 31-də istifadəyə verilib. Layihə təkcə tarixi nailiyyət deyil, həmçinin qonşularımız və Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir”.

P.Şahbazov vurğulayıb ki, Azərbaycanın böyük qaz ehtiyatlarına əsaslanan yeni təbii qaz mənbəyi artıq Avropa bazarındadır: “Bu ilin ilk on ayı ərzində Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib və bu həcmin təxminən yarısı Aİ istehlakçıları tərəfindən istifadə edilib.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr regionun və Avropanın enerji xəritəsini formalaşdırır. Əsas məqsədimiz bu prosesdə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında güclü əməkdaşlığa nail olmaqla enerji təhlükəsizliyini təmin etmək və qlobal inkişafa töhfə verməkdir”.

Tags: Pərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.