Cümə axşamı, Mart 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib

16/09/2021
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkdilli ölkələr arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə beynəlxalq miqyasda fəaliyyət göstərən Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu zirvə görüşü Bakıda keçirilib.

Görüşdən sonra keçirilən Türk Biznes Mükafatlarının təqdimolunma mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Türkiyə” “Türk Şurası İnvestisiya Mükafatı”na layiq görülüb.

Caspian Barrel-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, şuraya üzv olan ölkələrdə investisiyaların artırılmasında mühüm rol oynayan şirkətlərin dəyərləndirildiyi mərasimdə “SOCAR Türkiyə” strateji sektorlara qoyulan böyük miqyaslı investisiyalarına görə mükafata layiq görülüb.

Üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkiyənin iqtisadiyyat və ticarət nazirlərinin iştirak etdiyi toplantıda Türkiyənin ticarət naziri Mehmet Muş “SOCAR Türkiyə”nin mükafatını şirkətin kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayil Yusifova təqdim edib.

Türk Biznes Mükafatları Türkiyə Respublikası Prezidentinin nəzdində İnvestisiya Ofisi və Ticarət Nazirliyinin qərarı ilə Türkiyəyə investisiya yatıran şura üzvü ölkələrin şirkətləri arasında aparılan dəyərləndirməyə əsasən verilir. Təsisiçiləri arasında Azərbaycan və Türkiyənin də olduğu Türk Şurası, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı türk dünyasının tarixi və mədəni irsinin qarşılıqlı mübadiləsi və inkişafı istiqamətində layihələr də həyata keçirir.

Layiq görüldükləri “Türk Şurası İnvestisiya Mükafatı”nı dəyərləndirən “SOCAR Türkiyə” kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov deyib:

“Türk Şurası eyni dildə danışan, eyni ideyalarla bölüşən ölkələrimizin potensialını bütün dünyaya çatdıran güclü ittifaqdır. Bu ittifaq iqtisadi əməkdaşlıqla yanaşı əhatə dairəsini genişləndirərək türk dövlətləri arasında sosial və mədəni əlaqələrin də inkişafına töhfə verir. Türk dünyasına təqdim etdiyi vizyonla dövlətlərimizi və xalqlarımızı ümumi dəyərlərimiz ətrafında birləşdirərək gələcəyə aparır. “SOCAR Türkiyə” olaraq türk dünyasının gələcəyə gedən bu yolunda hər zaman güclü addımlarla irəliləməyə hazırıq. Türkiyədəki investisiyalarımız yalnız Azərbaycan və Türkiyə deyil bütün türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Türk Şurası tərəfində belə bir mükafata layiq görülməyimiz bizim üçün bir mükafatdan daha böyük məna kəsb edir. Fəaliyyətimizi izləyən və təqdir edən Türk Şurasına və üzv ölkələrə “SOCAR Türkiyə” olaraq dərin minnətdarlığımızı bildiririk”.

Tags: SOCAR TÜRKİYƏ

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

12/05/2023
SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb
Maraqlı Xəbərlər

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

12/05/2023
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”
Azərbaycan

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

21/12/2022
“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb
Maraqlı Xəbərlər

“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb

14/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.