Bu il yanvar-avqust aylarında Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi219,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 129 milyon ABŞ dolları və yaxud 2,4 dəfə çoxdur.