Şənbə, Oktyabr 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Bakı Neftqazmədən Avadanlıqları Zavodu” özəlləşdirildi

03/09/2021
“Bakı Neftqazmədən Avadanlıqları Zavodu” özəlləşdirildi
11
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət göstərməyən sənaye müəssisələrinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirir.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 iyun 2021-ci il tarixində Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin nizamnamə kapitalının 97,7 %-ni təşkil edən 1 465 388 səhminin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən potensial iddiaçılar qarşısında qoyulan maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilib.

Əsas şərtlər müəssisəyə investisiya qoyuluşu, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunmasıdır.

28 iyul 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə “BNQMAZ” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Qalib investor ümumi həcmi 2,57 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan, eləcə də əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürür.

İnvestisiya Proqramına əsasən müəssisədə yüksək təzyiqli qaz tənzimləyiciləri, qaz sənayesi üçün tənzimləyici qəfəslər, mərkəzdənqaçma nasosları, dağ-mədən sənayesi üçün kürələr, müxtəlif qaldırıcı avadanlıqlar və başqa rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə qalibi tərəfindən investisiyaların 2 il ərzində yatırılması, 80-dən az olmayan yeni iş yerinin yaradılması planlaşdırılır.

Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növ sənaye avadanlıqların istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə xidmət edəcək.

Tags: AzərbaycanBNQMAZ

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.