Çərşənbə, İyul 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Ümid” yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verilib

20/08/2021
“Ümid” yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verilib
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji əhəmiyyət kəsb edən qısa və uzunmüddətli biznes-planlarının icrası çərçivəsində “Ümid-1” platformasından U1-18 saylı istismar quyusunda qazma işləri 6 120 metr dərinlikdə uğurla başa çatdırılıb, məhsuldar qatın Vll horizontu tam açılıb.

“Report” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, “Ümid-Babək” dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədi ilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşadırma tədbirləri aparılmış, beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0,75 milyon kubmetrdən pilləli şəkildə 3 milyon kubmetrə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunub.

Hasilat potensialının artırılması ilə yanaşı istismarın təhlükəsizliyi də diqqət mərkəzindədir. Təhlükəsizliyin təminatı üçün quyu bütövlüyünün təmin edilməsində bir sıra innovativ texnologiyalar tətbiq edilmişdir. “Ümid-Babək” dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator təyin edilmiş “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq, quyunun qazmasını “açar təhvili”ndən “günəmuzd tipli müqavilə” formatına dəyişmişdir. Qazma-tamamlama işlərinə birbaşa rəhbərlik edən UBOC əməliyyatları Halliburton, Schlumberger, SOCAR-AQŞ, Baker Hughes, Azəri-Mİ və s. kimi beynəlxalq servis şirkətləri ilə birlikdə həyata keçirmişdir.


U1-18 saylı quyuda baş verən prosesləri izləmək məqsədilə 5 044 metr dərinlikdə stasionar quyudibi manometr yerləşdirilmişdir. Mütəmadi ölçülən təzyiq və temperaturu yer səthinə ötürməklə quyunun ilkin hasilata verilməsi, optimal rejimin seçilməsi və fasiləsizliyinin təmin edilməsi, həmçinin lay proseslərinin analiz edilməsi üçün əvəzsiz rol oynayan bu cihazla yanaşı, 18 saylı istismar quyusunda ilk dəfə “Telecoil” texnologiyasının da tətbiqi həyata keçirilmişdir.


SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Ölkəmizin yanacaq enerji balansının tənzimlənməsi üçün “Ümid” qaz-kondensat yatağının işlənməsi layihəsi mühüm əhəmiyyət daşıyır. Layihə uğurla davam etdirilir. 2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş “Ümid” yatağında 18 saylı quyuda qazma işlərinin aparılması COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən, təhlükəsizlik tədbirləri gücləndirilmiş və xüsusi nəzarət sisteminin yaradılması nəticəsində qazmanın fasiləsiz təşkilinin təmin edilməsi mümkün olmuşdur. Bununla da neftçilər Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının qarşımıza qoyduğu daha bir məqsədə nail olmuşlar”.

Hazırda “Umid-1” platformasında gündəlik 3,1 milyon kubmetr qaz və 500 ton kondensat hasil edilir. Yeni quyunun tamamlanaraq istismara daxil edilməsi ilə platformanın maksimal hasilat potensialı 6,7 milyon kubmetr qaz və 950 ton kondensata kimi artırılmışdır. Bu həcmdə hasilat potensialının Xəzər dənizində SOCAR-ın istismar etdiyi platformalar arasında ən yüksək göstərici olması gözlənilir. “Ümid” yatağının tammiqyaslı işlənməsi məqsədilə yerüstü infrastrukturun tikinti işləri çərçivəsində “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xətti 2022-ci ilin may ayında istismara verildikdən sonra hasilat potensialından tam istifadə ediləcəkdir. Platformadan çıxarılan qaz “Daşgil-2” terminalından Səngəçal Baş Qurğularına diametri 1 000 mm olan 34 km-lik yeni tikilmiş quru nəql xətti vasitəsilə ötürülərək, orada ölkənin qaz şəbəkəsinə qoşulacaqdır. Bu mərhələyə aid olan obyektlərin 2022-ci ilin birinci yarısına təhvil verilməsi üçün UBOC tərəfindən işlər qrafikə uyğun olaraq aparılır.

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
SOCAR 2023-cü ilin maliyyə göstəricilərini açıqlayıb
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib
Azərbaycan

SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib

17/02/2025
Bu il Azərbaycanın ixrac etdiyi təbii qazın həcmi açıqlanıb
Azərbaycan

Son bir ildə Azərbaycanda qaz hasilatı 1,8 mlrd kubmetr artıb

11/12/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.