Bazar, İyul 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR alternativ enerji ilə bağlı Yol Xəritəsi hazırlayır

23/08/2021
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Alternativ enerjiyə keçid edərkən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yol Xəritəsini hökumətin prioritetlərinə və mandatına uyğun olaraq formalaşdıracaqdır.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2020-ci il üzrə “Davamlı İnkişaf Hesabatı”nda bildirilib.

Sənədə əsasən, ilk olaraq SOCAR-ın strukturunda məsul qurum və ya xüsusi təşkilati yanaşma müəyyənləşdiriləcək, paralel olaraq texniki-iqtisadi əsaslandırmanın konsepsiyası, yaşıl texnologiyalar sahəsində işləyən müəssisələr üçün bazar konyunkturası araşdırılacaqdır.

“2021-ci ildən başlayaraq SOCAR təfsilatlı Yol Xəritəsi layihəsini hazırlayaraq hökumətə təqdim edəcəkdir ki, ölkə üzrə hədəf və siyasət çərçivəsi müəyyən edilsin. 2022-ci ildən başlayaraq müvafiq qanunlar qəbul edildikdən sonra SOCAR 2023-cü ildən etibarən yeni texnoloji layihələrin icrasına başlaya bilər”, – hesabatda deyilir.

Bildirilir ki, enerji keçidi hədəflərini qarşılamaq üçün qlobal enerji sənayesində bir sıra əsaslı dəyişikliklər edilməyə başlanılır.

“Ətraf mühitə daha az mənfi təsir göstərən və iqlim dəyişikliyinə zəmin yaratmayan, təmiz enerjiyə keçid çərçivəsində enerji sektorunda yeni növ sahələr, məhsullar və bazarlar inkişaf etməkdədir. Uzunmüddətli perspektivdə enerji keçidinə əsas təsiredici amilləri əsasən dörd qrupa bölmək olar – tənzimləmələr, texnologiyalar, makroiqtisadi amillər və istehlakçı münasibətləri. Tənzimləmələr əsasən beynəlxalq qurumlar, və ya dövlət orqanları tərəfindən qoyulan hədəflərə çatmaq üçün ənənəvi enerji mənbələrindən istifadəyə əlavə vergi və rüsumlar qoymasını, alternativ enerjidən və təmiz/yaşıl texnologiyalardan istifadəyə isə güzəştlər etməsini əhatə edir, məsələn, Avropa Birliyinin Yaşıl Sazişi. Texnologiyalar çərçivəsində əsas təsiredici amillər mövcud texnologiyaların xərclərinin azalması və yeni, təmiz texnologiyaların genişlənməsidir. Makroiqtisadi amillərə gəldikdə isə, bazardakı yer alan tendensiyaları, məsələn, COVID-19 pandemiyasının enerji keçidinə investisiyalarına göstərdiyi təsirləri ilə bağlı məsələlər nəzərdə tutulur. İstehlakçı münasibətlərində isə istehlak seqmentində üstünlüyün ətraf mühitə daha az mənfi təsir göstərən və daha yüksək sosial dəyər yaradan şirkətlərdə olduğunu qeyd etmək olar. SOCAR da bu amilləri diqqətlə izləyərək öz qərarlarını bu amillərə əsasən uyğunlaşdırılmağa çalışır”, – hesabatda bildirilir.

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.