Çərşənbə axşamı, Avqust 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz” qazi və şəhid ailələrinin evlərini qazlaşdırır – VİDEO

08/07/2021
“Azəriqaz” qazi və şəhid ailələrinin evlərini qazlaşdırır – VİDEO
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrinin müraciətlərini qeydə almağa başlayıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq strukturlarda məsul şəxslər ayrılıb və tərtib olunan tədbirlər proqramı əsasında qeyd edilən kateqoriyadan olan insanların qaz təsərrüfatına dair problemlərinin həllinə çalışılır.

Bu müraciətlər təmin edilərkən əgər qazi və ya şəhid ailəsinin yaşadığı küçədə, məhəllədə digər təbii qazdan istifadə edə bilməyən fərdi yaşayış evləri də varsa, Birliyin daxili imkanları hesabına həmin ərazidə küçə xətlərinin çəkilməsi də təmin edilir.

Bu günlərdə daha bir neçə qazi ailəsinin yaşadığı evlərin qazlaşdırılması yekunlaşıb. Murad Rəhimov gənc yaşlarından vətənpərvər ruhda böyüyüb. O, 2007-ci ildə hərbi xidmətdə olarkən qar uçqununa düşüb. Qar uçqununa düşməsi nəticəsində xəsarət alıb və 2-ci qrup əlil olub. Dövlətin diqqət və qayğısı nəticəsində müalicə olunaraq sağalıb. 2020-ci ildə Vətən müharibəsi başlayan zaman o, könüllü olaraq yenidən ordu sıralarına qoşulub. Döyüş yolu Füzulidən başlayıb, Qubadlı və Şuşa istiqamətində gedən əməliyyatlarda böyük qəhrəmanlıq göstərib. Qazi “Azəriqaz” İstehsalat Birliyinə müraciət edərək, Lənkəran rayonu, Gərmətürk kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. Məsələ Birlik tərəfindən nəzarətə götürülüb, fərdi yaşayış evinə diametri 57 mm olan 153 metr uzunluğunda qaz xətti çəkilib və sayğac quraşdırılıb.

Ramil Məhərrəmovun Vətən müharibəsində döyüş yolu Cəbrayıldan başlayıb, daha sonra Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Qazinin Sabirabad rayonunda 2 ildir inşa olunan yeni fərdi yaşayış evində təbii qazın olmaması onun ailəsi üçün xeyli çətinlik yaradırdı. Bu səbəbdən o, müharibədən qayıtdıqdan sonra “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib və təbii qazın çəkilişi təmin olunub.

Daha bir qazi müraciəti də həllini tapıb. Elşən Mustafayev 1993-1994-cü illərdə 1-ci Qarabağ döyüşlərində iştirak edib. Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. O, “Azəriqaz” İB-yə müraciət edərək Sumqayıt şəhəri, Yaşıldərə adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Dərhal Birliyin baş direktorunun tapşırığı ilə qazinin yaşadığı fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.

Müraciətlərin bir neçəsinə dair video materiallarla aşağıdakı sosial şəbəkə ünvanında tanış ola bilərsiniz.

Tags: AzəriqazqaziŞəhid ailələri

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.