Azərbaycan 2021-ci ilin yanvar-may aylarında 58 min 823,16 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 77% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Premium Euro-95” markalı benzinin idxal həcmi dəyər ifadəsində $40 milyon 99,16 min (artım 2 dəfə) təşkil edib.
Eyni zamanda, hesabat dövründə $29 milyon 172,35 min məbləğində 42 min 909,07 ton “Premium Euro-95” markalı benzin (bütün idxalın 72,9%-i) Rusiyadan idxal edilib (artım 33%).
Bundan başqa, hesabat dövründə Gürcüstandan $399,15 min dəyərində 559,32 ton (2020-ci ilin yanvar-may aylarında idxal həyata keçirilməyib), İrandan – $2 milyon 51,53 min dəyərində 3 min 221,1 ton (miqdar ifadəsində artım 3,3 dəfə, dəyər ifadəsində artım 2,8 dəfə) “Premium Euro-95” markalı benzin, Rumıniyadan – $8 milyon 476,13 min dəyərində 12 min 133,67 ton benzin idxal edilib.
Bu ilin yanvar-may aylarında $968,51 min dəyərində (azalma 1,9%) 1 min 217,09 ton (azalma 1,9%) “Super Euro-98” avtomobil benzini idxal edilib. İdxalın strukturunda $196,46 min dəyərində 237,45 ton Belarus, $772,05 min dəyərində 979,64 ton Rumıniyadan həyata keçirilib.
2020-ci ildə Azərbaycan $58 milyon 615,07 min dəyərində 96 min 998,93 ton “Premium Euro-95” markalı benzin idxal edib. $34 milyon 469,77 min dəyərində 56 min 743,48 ton benzin (bütün idxalın 58,5%-i) Rusiyadan idxal edilib.
Ötən il Azərbaycana $2 milyon 96,71 min dəyərində 2 min 654,36 ton “Super Euro-98” markalı benzin idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,25 manat, “Super Euro-98” markalı benzinin bir litrinin pərakəndə qiyməti isə 1,4 manat təşkil edir.