Cümə, Avqust 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neftçalada yerləşən yataqlar bloku hasilat proqnozunu yerinə yetirməyib

10/06/2021
Neftçalada yerləşən yataqlar bloku hasilat proqnozunu yerinə yetirməyib
7
BAXIŞ
Share on FacebookShare on Twitter

2020-ci il ərzində “Neftçala” və “Xıllı” neft yataqları bloku üzrə illik hasilatın həcmi proqnozda nəzərdə tutulan 0,21 milyon barrelə qarşı 0,16 milyon barrel səviyyəsində olub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataqlar üzrə hasilat proqnozu 76,08 % icra edilib.

Rəydə bildirilir ki. bu yataqlar üzrə faktiki daxilolmalar 161,79 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (154,2 min ABŞ dolları) qarşı 4,93 % daha çox olub.

Neft hasilatı proqnozunun yerinə yetirilməməsi pandemiya, dünya bazarında karbohidrogenlərin qiymətlərinin aşağı düşməsi səbəbindən qazma işlərinin dayandırılması və OPEC+ razılaşmasına uygun olaraq neft hasilatının məhdudlaşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında “Neftçala”, “Dürovdağ-Babazənən” neft yataqlarının, həmçinin “Muğan” monoklinalının cənub-qərb yamacının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Saziş Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Global Energy” Azərbaycan şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanıb. Operator qismində “Neftechala Operating Company” fəaliyyət göstərir. Saziş 5 oktyabr 2009-cu il tarixində qüvvəyə minib. Saziş sahəsi 2707,7 km2 təşkil edir.

Neft-qaz əməliyyatları “Neftçala”, “Xıllı”, “Dürovdağ” yataqlarında həyata keçirilir. Bundan əlavə, kontrakt sahəsinə “Babazanan”, “Azadkənd”, “Nəsimkənd”, “Həşimxanlı”, “Sərxanbəyli”, “Muğanlı”, “Orta Muğan” və “Şorsulu” kəşfiyyat strukturları da daxildir. Bütün kontrakt sahəsi Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşir. Hazırda 2 neft-qaz (“Xıllı” və “Neftçala”) və 1 qaz yatağı (“Dürovdağ”) işlənmədədir.

“Dürovdağ” yatağı Şirvan ovalığında, Kür çayının sol tərəfində yerləşir. “Neftçala” yatağı 1931-ci ildə, “Xıllı” – 1954, “Dürovdağ” isə 1978-ci ildə sənaye işlənməsinə cəlb olunub.

Tags: Neftçalayataq

Eyni kateqoriyadan Digər materiallar

Xəzər dənizində yeni neft yatağı kəşf edildi
Azərbaycan

Xəzər dənizində yeni neft yatağı kəşf edildi

28/02/2021
Azərbaycan

AÇG-nin işlənməsi üzrə əsaslı məsrəfləri 23 % artıb

04/02/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.