Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Marine” 2020-ci ildə də bazarın lideri olub

11/03/2021
“SOCAR Marine” 2020-ci ildə də bazarın lideri olub
8
BAXIŞ
Share on FacebookShare on Twitter

2013-cü ildən fəaliyyət göstərən “SOCAR Marine” 2020-ci ildə 650 min tona çatan satış həcmi ilə beynəlxalq dəniz yanacağı sektorunda yenidən lider olub

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, hazırda “SOCAR Marine” beynəlxalq dəniz yanacağına tələbatın dörddə birindən çoxunu təmin edir.

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin investisyalarına paralel olaraq sürətlə böyüyən “SOCAR Marine” markası növbəti dəfə beynəlxalq dəniz yanacağı sektorunun lideri olub. Ötən il bazardakı payını 26 %-ə çatdıran “SOCAR Marine” türk boğazlarından keçən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə yola düşən gəmiləri yanacaqla təmin edir.

Beynəlxalq təchizatlarmızla böyüyürük

“SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsi rəhbərinin ticarət üzrə müavini Aqşin Səlimovun sözlərinə görə, sektorun ən gənc oyunçularından olan “SOCAR Marine”nin beynəlxalq dəniz yanacağı sahəsində liderliyi ələ almasında məhsul və xidmətlərin yüksək keyfiyyəti əsas rol oynayıb. O deyib: “Xidmət sahəsində prioritetimiz müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə ödəməkdən ibarətdir. Hazırda Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələrində fiziki olaraq yanacaq təchizatı ilə yanaşı Cəbəlütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaq tədarükü ilə “SOCAR MARINE” markasının beynəlxalq nüfuzunu hər gün daha yüksək səviyyəyə çatdırırıq”.

“SOCAR Türkiyə”nin nəhəng investisiyası sinerji yaradır

Beynəlxalq bazarlarda və Türkiyədə göstərdiyi keyfiyyətli xidmətlərlə dəniz nəqliyyatı və enerji sektorunda lider mövqeyinə yüksələn “SOCAR MARINE”nin uğur yolunda “SOCAR Türkiyə”nin həyata keçirdiyi nəhəng layihələrlə yaradılan sinerji böyük əhəmiyyət daşıyır. 2018-ci ildə işə başlayan TANAP və “STAR NEZ”, eləcə də “Petkim” və “SOCAR Depolama”nın sahib olduğu limanlar ilə “SOCAR-Terminal”-dakı gəmilərə yüksək səviyyəli xidmət göstərən və dünyanın aparıcı enerji şirkətlərindən biri olan SOCAR, artıqTürkiyənin dənizçilik sektorunda da mühüm yer tutur. “SOCAR MARINE” bazardakı mövqeyini daha da gücləndirərək təkcə Türkiyənin deyil, Aralıq dənizi bölgəsinin ən böyük şirkəti olmaq istiqamətində inamlı addımlarla irəliləyir.

Tags: SOCAR MarineSOCAR TÜRKİYƏ

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

12/05/2023
SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb
Maraqlı Xəbərlər

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

12/05/2023
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”
Azərbaycan

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

21/12/2022
“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb
Maraqlı Xəbərlər

“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb

14/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.