Cümə, Noyabr 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Əliağa Responder” gəmisi dəniz ekologiyasının keşiyində

29/03/2021
“Əliağa Responder” gəmisi dəniz ekologiyasının keşiyində
0
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Türkiyə”nin Dənizin Çirklənməsinə qarşı Müdaxilə Mərkəzi və 24 saat ərzində növbədə olan “Əliağa Responder” gəmisi mümkün çirklənmə hallarının qarşısı dərhal aradan qaldırmağa hazırdır.

Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə” strateji investisiyaları ilə ölkə iqtisadiyyatına dəyər qatmaqla yanaşı davamlı olaraq ətraf mühit və sosial məsuliyyət layihələri həyata keçirir.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, “SOCAR Türkiyə” Əliağa və Nəmrud körfəzində dənizin mümkün çirklənməsinə qarşı mübarizə potensialını artıraraq bölgədə müdafiə səddi yaratmışdır. “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin sahilboyu strukturlarında yaratdığı Dənizin Çirklənməsinə qarşı Müdaxilə Mərkəzi və 24 saat ərzində növbədə olan “Əliağa Responder” gəmisi sayəsində mümkün çirklənmə hallarının qarşısı dərhal aradan qaldırılır.

Məlumata görə, ətraf mühitin mühafizəsini, əməyin təhlükəsizliyini və insanların sağlamlığını daim diqqət mərkəzində saxlayan “SOCAR Türkiyə” Egey bölgəsinin investisiya və ticarət mərkəzi olan Əliağa körfəzində dənizin şirklənməsinə qarşı etibarlı müdafiə səddi yaradıb.

Bu istiqamətdə səfərbər olunan komandası və avadanlığı ilə ən yüksək potensiala malik “SOCAR Türkiyə” bölgədə hər hansı bir səbəbdən yarana biləcək çirklənmənin qarşısını dərhal almaq üçün “Əliağa Responder” gəmisini 24 saat hazır vəziyyətdə saxlayır.

Bütün Əliağa bölgəsinə xidmət edir

“SOCAR Türkiyə”-nin Baş içraçı direktorunun SƏTƏM üzrə müşavi Koray Koyuncu bildirib ki, İzmirin Əliağa bölgəsində çok böyük investisiyalara imza atan qrupumuz gələcək nəsillərə təmiz bir dünya qoymağı hədəfləyərək fəaliyyətini davam etdirir: “Bu çərçivədə dənizlərimizi qorumaq, mümkün çirklənmə hallarına qarşı təcili tədbirlər görmək üçün Əliağada emal, neft-kimya və anbar sahələrində fəaliyyət göstərən şirkətlərimizin hamısına və sahilboyu qonşularımıza 7/24 xidmət göstərmək potensialına malik peşəkar bir komandanı, eyni zamanda müasir avadanlıqlarla təchiz olunmuş “Əliağa Responder” gəmisini daim hazır vəziyyətdə saxlayırıq. Gəmi bölgədə meydana çıxa biləcək hər hansı bir problemə qarşı hər an köməyə hazır vəziyyətdədir”.

“Əliağa Responder” təcili müdaxilə gəmisinin saatda 40 kubmetr neftyığma qabiliyyətinə malik olduğunu qeyd edən Koyuncu əlavə edib: “35 metr uzunluğunda olan gəmi həm də dənizdə neftin yayılmasına müdaxilə edə biləcək əlavə süpürmə qollarına malikdir. Gəminin daim növbədə olması mümkün dəniz çirklənmələri ilə mübarizədə bölgə üçün mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Türkiyədə tullantıların həcminə görə üç səviyyə müəyyən edilib. Birinci və ikinci səviyyələrə aid tullantılar şirkətlər tərəfindən aradan qaldırılır. Üçüncü səviyyədə (çirklənmə həddi yuxarı olduqda) dövlət müdaxilə edir. Bu baxımdan “SOCAR Türkiyə” kimi dənizdə ticarət aparan və tullantı riski daşıyan şirkətlərin hamısı həm daxili, həm də kənar vasitələr hesabına təcili müdaxilə xidməti yaradır. “SOCAR Türkiyə” Əliağada böyük investisiyalara malik olduğuna görə müvafiq risklərin daha effektli idarə olunması məqsədi ilə daimi icarəyə götürdüyü “Əliağa Responder” gəmisindən istifadə edir.

Tags: SOCAR TÜRKİYƏ

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

12/05/2023
SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb
Maraqlı Xəbərlər

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

12/05/2023
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”
Azərbaycan

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

21/12/2022
“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb
Maraqlı Xəbərlər

“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb

14/11/2022
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.