Çərşənbə, Noyabr 12, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir olub

08/03/2021
Energetika Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir olub

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1615190436637","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1615190436626","source":"other","origin":"gallery"}

0
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Dövlət idarəçiliyində Azərbaycan qadınlarının yeri və rolu” mövzusunda onlayn formatda tədbir keçirilib

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, əvvəlcə “Ümummilli lider Heydər Əliyev – Azərbaycan qadını barədə” adlı videoçarx nümayiş etdirilib. Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov çıxış edərək qadınları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Qadınların ölkəmizin iqtisadiyyatında və dövlət quruculuğundakı rolundan danışaraq onların ölkənin mədəni, elmi-pedaqoji, səhiyyə, energetika və s. kimi sahələrdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində gender bərabərliyinin qorunmasına xüsusi önəm vermiş və qadınların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaratmışdır. Bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan qadınlarının ölkənin həm ictimai, həm də siyasi həyatdakı fəallığı daha da artır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq nümunədir və onun geniş ictimai-siyasi xidmətləri dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.

Sonra Energetika Nazirliyinin gender məsələləri üzrə məsul şəxsi, müşavir Xalidə Məsimova, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva və “Gender Hub Azərbaycan” platformasının təsisçisi Məryəm Məcidova çıxış edərək, bayram münasibətilə bütün qadınları təbrik ediblər. Tarix boyu Azərbaycan qadınlarının müdrikliyi və qəhrəmanlığı ilə parlaq səhifələr yaratdığı, dövlətçiliyə, cəmiyyət quruculuğuna dəyərli töhfələr verdiyi qeyd edilib, təhsil, səhiyyə, sənaye, energetika və digər sahələrdə fəaliyyət göstərən qadınlarımızın əməyi, qazandığı uğurlar yüksək qiymətləndirib.

Tədbirin sonunda qadınların ictimai-siyasi sahədə, dövlət idarəçiliyində rolu və fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tags: Beynəlxalq Qadınlar GünüEnergetika nazirliyi

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.