Bazar, Avqust 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika Nazirliyi beynəlxalq tədbirdə təmsil olunub

16/03/2021
Energetika Nazirliyi beynəlxalq tədbirdə təmsil olunub
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Martın 16-da “7-ci Berlin Enerjiyə Keçid Dialoqu” ənənəvi tədbiri videokonfrans formatında keçirilib

“Report”un Energetka Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Enerji keçidi – İqlim neytrallığına doğru” mövzusuna həsr edilmiş tədbirə Avropa Komissiyasının prezidenti Ursula Fon der Layen, eyni zamanda bir sıra ölkələrin və təşkilatların yüksək səviyyəli nümayəndələri qatılıb.

Azərbaycanı tədbirdə energetika nazirinin müavini Elnur Soltanov təmsil edib.

Tədbirin “Yaşıl bərpanın maliyyələşdirilməsi” (Financing the Green Recovery) adlı sessiyasında çıxış edən nazir müavini qeyd edib ki, təmiz ətraf mühitin əldə edilməsi və ölkənin “yaşıl artım” ölkəsinə çevrilməsi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafının Milli prioritetlərindən biridir. Bu prioritetin reallaşdırılması bərpa olunan enerji sektorunun inkişafını, istixana effekti yaradan qaz emissiyasının azaldılmasını və yaşıl texnologiyalardan istifadənin genişləndirilməsini zəruri edir.

Bildirilib ki, yaxın 10 ildə elektrik enerjisi üzrə qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-dək artırılması və istixana effekti yaradan qaz emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 35% azaldılması üçün xarici investorlarla əməkdaşlıq edilir. Bu istiqamətdə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə həyata keçiriləcək layihələr haqqında məlumat verilib. Bu layihələr vasitəsilə ölkəmizin bərpa olunan enerji sektoruna 500 milyon dollara yaxın xarici investisiyanın yönəldiləcəyi diqqətə çatdırılıb. O da vurğulanıb ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi regionun davamlı inkişafı üçün yeni imkanlar açıb. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və Qarabağın bərpası prosesində xarici investorlarla da əməkdaşlığa önəm verilir.

Qeyd edək ki, 2 gün davam edəcək videokonfransda bərpa olunan enerji, enerji keçidində qlobal hədəflər, o cümlədən sahələrarası enerji keçidini təmin etmək üçün qabaqcıl texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tags: Energetka NazirliyiБерлин

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.