Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz” vətəndaşlara müraciət edib: Qaz çəkilişi üçün ödəniş tələb etmirik

24/03/2021
“Azəriqaz” vətəndaşlara müraciət edib: Qaz çəkilişi üçün ödəniş tələb etmirik

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1616572385976","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1616572385961","source":"other","origin":"gallery"}

10
BAXIŞ
Share on FacebookShare on Twitter

Dövlət Proqramı çərçivəsində dövlət sifarişi ilə mərhələli şəkildə ilk növbədə təbii qazdan istifadə etməyən yaşayış məntəqələri və yeni yaşayış massivləri qazlaşdırılır.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, bununla yanaşı, fərdi qaydada vətəndaşların öz sifarişləri ilə də qazlaşdırma işləri aparılır. Küçə xətti mövcud olduqda ilk növbədə vətəndaş ərizə və mülkiyyəti təsdiq edən sənədlə bu sahəyə xüsusi icazəsi, lisenziyası olan podratçı təşkilata müraciət etməlidir.

Müraciət etdikdən sonra podratçı təşkilatın sorğusu əsasında “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirirlər. Qaz təchizatı mənbəyi müəyyən olunur, qazlaşma sxemi və sorğu blankı tərtib olunur. Həmin sənədlər əsasında vətəndaşın sifarişi ilə lisenziyası olan podratçı təşkilat tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması layihəsi hazırlanır.

Vətəndaşla podratçı təşkilat arasında bağlanmış müqavilə əsasında fərdi yaşayış evinin qaz xətlərinin çəkilməsi işləri aparılır və müvafiq qaydada istismara qəbul olunur. Bu işlər tamamlandıqdan sonra podratçının müraciəti əsasında “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacının quraşdırılması həyata keçirilir, abonent kodu açılır, vətəndaş ilə müvafiq qaydada qazın alqı-satqısı müqaviləsi bağlanır və təbii qazın verilməsi təmin olunur. Küçə xətti mövcud olmadıqda isə vətəndaş ilk növbədə küçə xəttinin çəkilməsi üçün texniki şərtin alınması məqsədi ilə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Həmin mərkəzlər vasitəsi ilə “Azəriqaz” İB tərəfindən tam ödənişsiz olaraq küçə xəttinin çəkilməsi texniki şərti vətəndaşa təqdim olunur. Texniki şərtləri əldə etdikdən sonra vətəndaş yenə də müraciət edir bu sahədə xüsusi icazəsi olan podratçı təşkilata. Podratçı təşkilat tərəfindən küçə xəttinin layihəsi hazırlanır, vətəndaşların öz sifarişləri və öz vəsaitləri hesabına küçə xətləri çəkilir, müvafiq qaydada istismara qəbul olunur. Həmin küçə xəttinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın verilməsi təmin olunur, sonra isə yenə də vətəndaşlar fərdi qaydada podratçı təşkilata müraciət etməklə fərdi qazlaşma işlərini həyata keçirir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, fərdi qazlaşma ilə bağlı hər hansı bir dövlət rüsumu yoxdur. “Azəriqaz” İB tərəfindən hər hansı bir ödəniş tələb olunmur və vətəndaşlara da müraciət edirik ki, bu hallarda diqqətli olsunlar, kimsə “Azəriqaz” İB-nin adından hansısa formada sui-istifadə edə bilər. Yenə də qeyd edirik ki, hansısa bir vəsait tələb olunmur. İşlərin görülməsi, işlərin qiyməti yalnız müstəqil sahibkarlıq subyekti olan podratçı təşkilat arasında olan müqavilə ilə tənzimlənir. Bu qayda ilə ötən illərdə – 2020 və ondan qabaqki illərdə orta hesabla ölkə ərazisində 30-35 minə yaxın fərdi yaşayış evi qazlaşdırılıb.

Vətəndaşlar “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində podratçı təşkilatların əlaqə nömrələri, ünvanları ilə tanış ola bilərlər. Həmin podratçı təşkilatlarla danışıqlar apararaq görüləcək işlərin qiymətini təyin edirlər. “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərində hansısa ödənişin olması nəzərdə tutulmur. Yalnız podratçı təşkilatla müqavilə şərtlərinə uyğun olaraq qiymətlər müəyyən olunur və həmin o ödənişlər podratçı təşkilatın bank hesabına ödənilir.

Tags: Azəriqazmüraciət

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.