Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Təlim-tədris İdarəsi 2020-ci ilin yekunlarını açıqladı

09/02/2021
SOCAR-ın Təlim-tədris İdarəsi 2020-ci ilin yekunlarını açıqladı
12
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi koronavirus infeksiyasının pandemiya olaraq elan edildiyi 2020-ci ildə öz işini xüsusi karantin rejiminin tələblərinə uyğun qurmaqla, tədris prosesində yaranmış fasilə dövründə təlim kurslarının məzmununun dinləyicilərə çatdırılması
baxımından təlim-tədris mərkəzlərində keçirilən kursları onlayn rejimdə davam etdirmişdir.

İdarənin bütün təlim mərkəzlərində onlayn təlimlərin keçirilməsi üçün sinif otaqları ayrılmış və lazımi texniki avadanlıqlarla təchiz edilmışdir. Dərslər “Skype for business” proqramı ilə keçirilmişdir.

TTSİ-nin təlim mərkəzlərində ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması istiqamətində 400-dən çox ixtisas üzrə, o cümlədən SOCAR müəssisələrini təmsil edən mühəndis-texniki işçilər üçün
müxtəlif istiqamətlərdə təkmilləşdirmə kursları təşkil olunur. 2020-ci ildə SOCAR-da yeni işə götürülən 302 nəfər mütəxəssis üçün Əməyin mühafizəsi və təhlükəsizlik texnikası kursları, ümumilikdə 1136 nəfər üçün müxtəlif peşələr üzrə ƏMTT kursları keçirilmişdir.

Etik qərar qəbulu prosesi, komandada işləmə bacarığı, münaqişələrin həll edilməsi və işçi heyəti ilə ünsiyyətin düzgün qurulması sahəsində modulların öyrədilməsi üçün Bakı Ali Neft Məktəbinin 175 tələbəsinə “Peşə etikası” kursları tədris olunmuşdur. 

Ümumilikdə, İdarə üzrə 2020-ci il ərzində kursları bitirmiş və attestasiyadan keçmiş dinləyicilərin və şagirdlərin sayı 5592 nəfər (o cümlədən, 266 nəfər kənar təşkilatlardan) olmuşdur. Bunun da 328 nəfəri 6 və 10 aylıq kurslarda təhsil alan şagirdlərdir.

Qobustan regional təlim mərkəzinin və Sumqayıt təlim-tədris mərkəzinin 30 şagirdi 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş, onlardan 4 nəfəri göstərdiyi şücaətə görə müxtəlif medallarla təltif edilmişdir.

Ötən il TTSİ-nin Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsində 823 nəfər attestasiyadan keçmiş və 35 nəfər işə qəbul üzrə peşə sınağında iştirak etmişdir. Həmçinin, şöbənin əməkdaşları “Ümid-Babək” layihəsi çərçivəsində 90 nəfər qaynaqçını attestasiya prosesinə cəlb etmişlər.

“Qarabağ” layihəsi üzrə isə 164 nəfər qaynaqçı attestasiyadan keçirilmiş və müvafiq sertifikatlarla təmin olunmuşlar. İdarənin 3 nəfər əməkdaşı Ukrayna Milli Elmlər Akademiyasının E.O.Paton adına Elektrik
Qaynağı İnstitutunun Sahələrarası təlim-attestasiya mərkəzi tərəfindən keçirilən təlim kurslarında iştirak edərək “Beynəlxalq qaynaq mühəndisi”, “Avropa qaynaq mühəndisi” və “Beynəlxalq qaynaq inspektoru” diplomlarına layiq görülmüşlər.

Böyük Britaniyanın City & Guilds Group Kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən Qobustan regional təlim mərkəzində tədris olunan 3 ixtisas (Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika) üzrə mövcud akkreditasiyanın və Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (İMCA) “Dalğıc” kateqoriyası üzrə quruma üzvlüyə aid sertifikatın müddəti uzadılıb.

2020-ci ilin aprel-dekabr aylarında 402 vebinar təlim təşkil edilib, bu təlimlərdə 15000-dən çox dinləyici iştirak edib. Paralel olaraq, tədris planlarının və proqramlarının müntəzəm surətdə yenilənməsi ilə onların vahid elektron bazası yaradılmışdır. Nəticə etibarilə, SOCAR-ın
müəssisələrində çalışan mühəndis-texniki heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, struktur bölmələrin sertifikatlaşdırma prosedurlarına riayət edilməsi, eləcə də Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin taktiki rəhbər işçilərinin və nəzəri-tədris mütəxəssislərinin
bacarıqlarının və səriştəliliyinin artırılması rəhbərlik tərəfindən diqqət mərkəzində saxlanılmışdır.

SOCAR Mətbuat xidməti

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.