Bazar ertəsi, İyul 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Boyko Borissov: “IGB-nin inşasında irəliləyiş var”

20/02/2021
Boyko Borissov: “IGB-nin inşasında irəliləyiş var”
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Bolqarıstanın Baş naziri Boyko Borissov Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (IGB) inşasında irəliləyiş olacağını gözlədiklərini deyib

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Bu, həm Bolqarıstan, həm də bütün bölgə üçün bir geostrateji layihədir”, – deyə Baş nazir bildirib.

Pandemiyasəbəbindən bir az yavaşlatdığını etiraf edən B.Borissov: “Ancaq yunan tərəfdaşlarımızla razılaşdırıldığı kimi, boru kəməri bu il kommersiya istismarına verilməlidir”.

Energetika naziri Temenujka Petkova bildirib ki, boru istehsalı və çatdırılması müqaviləsi icra edilib: “İndiyə qədər hər iki ölkəyə 187 km boru təhvil verilib. Bolqarıstan üzrə boru kəməri marşrutunun 170 km-dən çox hissəsində torpağın üst qatı soyulub, çatdırılan boruların 128 km-dən çoxu artıq yerindədir və 101 kilometr dən çox hissəsi qaynaq edilib. Xəndək qazma, boruların çəkilməsi və doldurma işləri davam edir”.

Qeyd edək ki, ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 151 kilometri Bolqarıstan ərazisindən, 31 kilometri isə Yunanıstandan keçəcək. Kəmərin illik ötürücülük gücü 3 milyard kubmetr həcmində nəzərdə tutulur, ancaq tələb olduğu halda illik həcm 5 milyard kubmetrə qədər artırıla bilər. Boru xətti Komotinidən (Şimal-Şərqi Yunanıstan) Kürdcali, Haskovo və Dimitrovqraddan Stara Zagoraya (Cənub-Şərqi Bolqarıstan) keçir.

Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

.

Tags: Boyko Borissov

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.