Cümə, Aprel 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azerbaijan British College” – ölkənin ilk tam akkreditasiya olunmuş beynəlxalq məktəbi

04/02/2021
“Azerbaijan British College” – ölkənin ilk tam akkreditasiya olunmuş beynəlxalq məktəbi
19
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azerbaijan British College” (ABC) Britaniya Beynəlxalq Məktəblər Şurasının (COBIS) Azərbaycanda tam üzvlük hüququna layiq görülmüş yeganə məktəbdir. ABC Azərbaycanda və Xəzərsahili ölkələrdə bu hüququ qazanan yeganə məktəb olmaqla yanaşı, Beynəlxalq Məktəblər Şurası (CIS) tərəfindən də tam akkreditasiya olunub. Bu bütün “Azerbaijan British College” Təhsil Kompleksi icması üçün qürürverici bir hadisədir

Caspian Barrel xəbər verir ki, ABC CIS-in bütün standartlarına cavab vermək üçün akkreditasiya prosesinə 2018-ci ildən hazırlaşmış və ən yaxşı təhsil təcrübəsini təqdim etmək üçün CIS-lə birlikdə çalışıb. İki il ərzində məktəb özünüqiymətləndirmə üzərində çalışmış və tədrisi, eləcə də məktəb sisteminin keyfiyyətini artırmaq üçün akreditasiya öncəsi müxtəlif yoxlamalar keçirilib. Bu prosesin yekunu olaraq ötən ilin sonlarında CIS-in 5 rəsmi şəxsi tərəfindən ABC-nin yekun qiymətləndirilməsi aparılıb. Onlar bir həftə ərzində dərsləri müşahidə etmiş, heyət üzləri, valideyn qrupları, idarə heyətinin üzləri və şagirdlər ilə söhbət aparıblar. CIS Məktəb Dəstək Qrupu və Qiymətləndirmə Xidməti onların qeydlərini CIS-in baş ofisinə göndərmişdir.

CIS fevralın 2-də məktəbin direktoru Mr.Carl Landerlə əlaqə saxlayıb ABC-nin CIS tərəfindən tam akkreditasiya aldığını bildirib. Chris Durbin Beynəlxalq Akkreditasiyanın direktoru öz şərhində bildirib ki, inkişaf etdirməli olduğumuz sahələr çoxdur, lakin bunlar məktəbin hazırkı nailiyyətlərlə müqayisədə daha azdır.

Məktəbin direktoru C.Lander qeyd edib: “ABC-nin inkişafından çox məmnundur. COBIS üzvlüyü, indi isə CIS akkreditasiyasına layiq görülməyimiz göstərdi ki, ABC beynəlxalq qurumlar tərəfindən təhsildə dünya səviyyəli standartlar təqdim edən bir məktəb kimi tanınıb. Bu bizim Azərbaycan kurikulumuna sadiq olmaqla yanaşı, ABC-nin beynəlxalq təhsil standartları səviyyəsinə çatdırılması üçün Azərbaycanın aparıcı bir qurumuna çevrilməsi yolunda ilk addımımızdır. Bu uğur komanda işini təmsil edir və müəllim heyəti, eləcə də inzibati heyətin eyni məqsəd üçün çalışmasını göstərir”.

ABC-nin baş meneceri Ələkbər Ələkbərov deyib ki, bütün heyət üzvləri yerinə yetirdiyi işin vacibliyini başa düşür. Görkəmli bir məktəb olmaq üçün işçi heyətinin hər bir üzvü öz funksiyasını dəqiq yerinə yetirməlidir: “Məktəb “Sync 24” adlanan yeni layihəyə başlayıb. Bu layihə qısa müddətdə güclü reaksiya doğurdu, sosial mediada paylaşılan videolar rezonans yaratdı və tezliklə bu layihə haqqında ətraflı məlumat veriləcək. “Sync 24” məktəbin inkişaf prioritetlərini müəyyənləşdirmək, önümüzdəki 3 il üçün strateji inkişaf planı qurmaq məqsədilə valideynlərin və daha sonra bütün icmanın birlikdə çalışması ideyasını təmsil edir. Hazırda maraqlı bir dövrdə yaşayırıq. Mövcud COVID pandemiyası uşaqların təhsil almasını çətinləşdirsə də, ABC-nin Azərbaycanda Britaniya və Beynəlxalq Təhsil üçün seçilən öncül məktəb olduğunu göstərməyi bacarmışıq. Bu da, zənnimcə, mühüm nailiyyətdir”.

Tags: Azerbaijan British College

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.