2019-cu ildə SOCAR əsas menecerlərə 1,404 milyon manat ümumi məbləğdə (cari məzənnə ilə $825,8) mükafatlar ödəyib.
Bu barədə SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunur.
2018-ci ildə SOCAR-ın TOP-menecerlərinə 1,282 milyon manat məbləğində mükafatlar ödənilib. Beləliklə, 2019-cu ildə bonuslar 9,5% artıb.
Hesabata əsasən, SOCAR-ın əsas menecerləri ARDNŞ-nin prezidenti və 12 vitse-prezidentdir.