Cümə, Avqust 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanlı mütəxəssislər Belarusun neft emalı zavodunda H-oil kompleksinin inşasında iştirak edir

01/02/2020
Azərbaycanlı mütəxəssislər Belarusun neft emalı zavodunda H-oil kompleksinin inşasında iştirak edir
1
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Construction” MMC-nın 150-yə yaxın nümayəndəsi Belarusdakı Mozır Neft Emalı Zavodunda ağır neft qalıqlarının hidrokrekinq kompleksinin inşasında iştirak edir.

“Report” “mazyr.by” saytına istinadən xəbər verir ki, qlobal layihələrdə geniş təcrübəsi olan azərbaycanlı və türk mütəxəssislər yüksək təzyiqli boru kəmərlərinin quraşdırılması işlərinə başlayıblar.

Bununla paralel olaraq, “Belelekromontaj” filialının bazasında boru birləşmələrinin istehsalı davam etdirilir. Bu cür əməliyyatları aparmaq üçün ən yüksək ixtisaslı qaynaqçılar cəlb edilir. Layihənin mürəkkəbliyini və gələcək kompleksin təhlükəsiz istismarı üçün tələbləri nəzərə alaraq (texnoloji avadanlıq 430 dərəcədən yuxarı olan temperaturda və təxminən 190 MPa atmosfer təzyiqində işləməli olacaq), sifarişçi Mozır Neft Emalı Zavodu tərəfindən qaynaq işlərinin yerinə yetirilməsinə ən yüksək tələblər qoyulur.

“Yüksək təzyiq və temperaturda, təxminən, 38 km boru kəməri istismar ediləcək. Bunlar xrom, nikel və molibden tərkibli xüsusi poladdan hazırlanıb. Təxminən 57 min yüksək təzyiqli qaynaqlı birləşmə hazırlanmalıdır. Qaynaq üçün bütün texnoloji ardıcıllığa riayət etmək lazımdır, bəzi birləşmələrin qaynağı 72 saat vaxt apara bilər. Hər bir birləşmənin rentgenoloji nəzarəti aparılır, bu, əsasən, gecə saatlarında yerinə yetirilir”, – Mozır NEZ-nin yenidənqurma və inkişaf şöbəsinin direktor müavini Valeri İlyuk deyib.

“Bizim subpodratçı şirkətlər, o cümlədən SOCAR tərəfindən həyata keçirilən son ən iri layihələrdən biri – İzmirdə (Türkiyə) STAR neft emalı zavodunun istismara verilməsidir. O, rekord hesab ediləcək qısa müddətdə inşa edilmişdir. Tikinti müddəti 5 il çəkərək 2014-2019 illəri əhatə edib”, – yenidənqurma və inkişaf şöbəsinin direktor müavini Yuri Komarenko bildirib.

Layihə meneceri Yengin Güngormüş, sahə rəisi Əli Gülbey, mühəndis Ozan Öztürk də jurnalistlərə fəaliyyətlərini şərh ediblər: “Burada məhsuldar iş üçün hər şey var. Ən əsası yaxın ətrafımızdakı mehriban insanlar. Mozır sənayesi inkişaf etmiş sakit bir şəhərdir”.

“Mozır Neft Emalı Zavodunda bu cür layihələrdə zəngin təcrübəsi olan SOCAR şirkətinin ən yaxşı qaynaqçıları işləyirlər”, – “SOCAR Construction” MMC-nin baş mühəndisi Alexandr Loyko bildirib.

Mozır Neft Emalı Zavodundakı ağır neft qalıqlarının hidrokrekinq kompleksinə kombinəedilmiş hidrokrekinq qurğusu, hidrogen və kükürd istehsalı qurğuları daxildir, burada 21 ümumzavod təsərrüfat obyektləri yerləşir. Bu investisiya layihəsinin həyata keçirilməsi yüngül, daha bahalı və yüksək tələbatı olan neft məhsullarının çıxımını 70% -ə qədər artıracaq, neft emalı dərinliyini isə 90% səviyyəsində təmin edəcək. Layihənin proqnozlaşdırılan dəyəri 1,2 milyard dollardan çoxdur.

Tags: Belarusun neft emalı zavoduSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.