Şənbə, Fevral 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ gənclərin karyera inkişafına dəstək göstərir

22/05/2019
SOCAR AQŞ gənclərin karyera inkişafına dəstək göstərir
0
BAXIŞ
Share on FacebookShare on Twitter

11 May 2019-cu il tarixində Bulvar oteldə SOCAR AQŞ və ABŞ-Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının (AAA) ilə birgə əməkdaşlığı çərçivəsində karyera sərgisi keçirilib.

Karyera sərgisinin keçirilməsində əsas məqsəd həm ölkəmizdə, həm də xaricdə təhsil almış və təcrübə qazanmış azərbaycanlı gənc peşəkarları bir araya gətirmək, müəssisədəki mövcud iş imkanları və uğurlu karyera yüksəlişinə nail olmaq haqqında məlumatlandırmaq idi.

SOCAR AQŞ-nin müxtəlif şöbələrindən qatılan müəssisə əməkdaşları tədbirdə iştirak edən 300-ə yaxın gənc peşəkar və dünyanın nüfuzlu ali məktəblərindən məzun olmuş gənclərlə ünsiyyət qurub onları öz şöbələrindəki işlərlə bağlı məlumatlandırıblar.  

Gənc peşəkarların karyera inkişafına dəstək olmaq üçün tədbirə Türkiyədən peşəkar təlimçi də dəvət olunub. «İş Kavramları Danışmanlık» şirkətinin yaradıcısı və rəhbəri Hasan Tahsin Güngör iştirakçılara uğurlu karyera qurmağın və şəxsi inkişafın əsasları haqqında danışıb.

Tədbirin açılışında iştirak edən SOCAR AQŞ-nin Təşkilati inkişaf bölməsi üzrə Meneceri Mədinə Paşayeva sərgi iştirakçılarını salamlayaraq qeyd edib: “SOCAR AQŞ hər zaman gənc insan kapitalına dəyər verən və yeniliklərə açıq olan bir müəssisə olub. Son illərdə bizim həyata keçirdiyimiz layihələr də məhz gənc peşəkarların inkişafına həsr olunub. Bizim müəssisə Azərbaycanda dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutunun Qlobal Startap Laboratoriyası layihəsinin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edib. Biz hər il təcrübə proqramı keçiririk və uğurlu təcrübəçilərə öz karyeralarını SOCAR AQŞ-də davam etdirmək şəraiti yaradırıq”.

AAA-nın sədri Toğrul Ələkbərov da hamını salamlayaraq qeyd edib ki, “AAA olaraq belə bir layihənin təşkilatçısı olmaqdan qürur duyuruq. Təşkilatımızın əsas məqsədlərindən biri Azərbaycanda insan kapitalı potensialının reallaşmasına dəstək olmaqdır.  İnanırıq ki, bu səpkidə olan tədbirlərin keçirilməsi gənclərin həm öz sahələrindən olan peşəkarlarla görüşüb peşəkar əlaqələr qurması, həm də əmək bazarı ilə yaxından tanış olmaları üçün əhəmiyyətli fürsətdir”.

Tədbir zamanı iştirakçılara SOCAR AQŞ-nin peşəkarları tərəfindən hazırlanmış və müəssisə tərəfindən nəşr olunmuş “Karyera kitabçası” paylanılıb. Bu kitabçada iş axtarışı və iş müsahibəsi zamanı namizədlər üçün faydalı ola biləcək məlumat və məsləhətlər öz əksini tapıb.

SOCAR AQŞ daima universitetlərin karyera sərgilərində iştirak edərək tələbələrə müəssisədaxili iş imkanları haqqında məlumat verir. Bu dəfəki karyera sərgisinin əsas ideyası təkcə iş imkanlarını gənc peşəkarlarla paylaşmaq deyil, həm də onların müəssisə əməkdaşları ilə ünsiyyət saxlaması və iş həyatında möhkəm addımlarla irəliləməsi üçün önəmli bir təşəbbüs idi.

SOCAR AQŞ gələcəkdə də bu cür layihələri həyata keçirib savadlı və istedadlı kadrların ölkəmizdə işləyərək yerli iqtisadiyyata töhfələr verməsi üçün şərait yaratmağa çalışacaq. 

Tags: karyeraSOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir
Azərbaycan

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir

19/10/2022
SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb
Azərbaycan

SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

08/04/2021
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

SOCAR AQŞ-nin keçirdiyi jurnalist müsabiqəsinin qalibləri məlum oldu

22/07/2020
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir

14/07/2020
SOCAR AQŞ пробурила в истории Госнефтекомпании самую глубокую скважину
Azərbaycan

SOCAR AQŞ “Gücümüz birliyimizdədir” sosial çarxını təqdim etdi

01/06/2020
SOCAR AQŞ-nin 28 May gününə töhfəsi
Azərbaycan

SOCAR AQŞ-nin 28 May gününə töhfəsi

31/05/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.