Cümə, Oktyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Əliyevin Amerika şirkətlərinin AÇG-dən getməsinə münasibəti

29/01/2019
Ильхам Алиев о справедливой стоимости нефти
15
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan “Chevron” və “ExxonMobil” şirkətlərinin AÇG-dəki paylarını satmaq planlarına normal yanaşır

Prezident İlham Əliyev Amerikanın “Chevron” və “ExxonMobil” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsindəki paylarını satmaqla bağlı planlarını normal və təbii hesab edir.

«Hər bir şirkətin öz sərmayə siyasəti, strategiyası var, hansısa şirkət payını sataraq layihədən çıxmağa üstünlük verir.Deməliyəm ki, 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitləri sayəsində böyük qazanc əldə ediblər. Buna görə də düşünürəm ki, Amerika şirkətlərinin öz paylarını satmaq qərarı tamamilə təbiidir», – deyə o, “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

İ.Əliyev vurğulayıb ki, Amerika şirkətlərinin AÇG layihəsindəki paylarını kimin əldə edəcəyi onların kimə təklif ediləcəyindən asılı olacaq. “Əlbəttə ki, Azərbaycanın bu ehtiyatlara sahib ölkə kimi həmin sövdələşməni təsdiq, yaxud inkar etmək haqqı var. Amma, bir qayda olaraq, əvvəlki bütün sövdələşmələr tərəfimizdən təsdiqlənib”, – deyə o qeyd edib.

Prezident əlavə edib ki, əvvəllər də bəzi şirkətlər öz paylarını sataraq AÇG layihəsindən çıxıb. “Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar. Yəni, bu, təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir”, – deyə dövlət başçısı bildirib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

İnterfax.az

Tags: AÇGİlham Əliyev

Eyni kateqoriyadan Digər materiallar

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib
Azərbaycan

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib

18/02/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.