Çərşənbə, Fevral 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Total” xalis mənfəətini 37% artırıb

26/10/2018
Total urged to avoid politicization of gas export from Russia to Europe
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Fransanın “Total” neft-qaz şirkəti bu ilin yanvar-sentyabr aylarında konsolidə edilmiş xalis mənfəətini illik nisbətdə 37% artıraraq 10,37 mlrd. ABŞ dollarına çatdırıb.

“Report”un məlumatına görə, bu barədə “Total”ın hesabatında deyilir.

Bu ilin 9 ayında “Total”ın gəlirləri 26,4% artaraq 156,87 mlrd. dollar təşkil edib.

Şirkətin ümumi karbohidrogen hasilatı illik nisbətdə 8% artaraq gündəlik olaraq 2,742 barel neft ekvivalentinə bərabər olub.

2018-ci ilin üçüncü rübündə “Total”ın konsolidə edilmiş xalis mənfəəti illik nisbətdə 48% artıb və 4,087 mlrd. dollar təşkil edib. Bu ilin üçüncü rübündə “Total”ın gəlirləri 27% artıb və 54,717 mlrd. dollar təşkil edib. Ötən rüb karbohidrogen hasilatı illik nisbətdə 9% artaraq gündəlik olaraq 2,804 mln. barel neft ekvivalenti olub.

“Total” maliyyə uğurlarının müsbət dinamikasını “Brent” markalı neftin qiymətinin artımı ilə bağlayır. Şirkətin qiymətləndirməsinə əsasən, “Brent” markalı neftinin bir barelinin orta qiyməti 2018-ci ilin 9 ayında 72,1 dollar təşkil edib ki, bu da illik nisbətdə 39% çoxdur. Üçüncü rübün nəticələrinə əsasən, “Brent” markalı neftin bir barel üçün orta qiyməti 75,2 dollar olub ki, bu da illik nisbətdə 44% çoxdur. Bunun fonunda “Total” investisiyalarını artırmağa hazırdır.

“Total” hesab edir ki,  2018-ci ilin nəticələrinə görə invstisiyaların həcmi 16 mlrd. dollar təşkil edəcək. 2019-2020-ci illərdə isə bu rəqəm 15-17 mlrd. dollar olacaq.

Həmçinin şirkət 2018-2020-ci illərdə 5 mlrd.dollara qədər məbləğdə olan şəxsi səhmlərini bazardan almaq niyyətində olduğunu təsdiqləyib. Artıq 1,5 mlrd. dollar dəyərində olan səhmlər şirkət tərəfindən 2018-ci ildə alınacaq.

Tags: Fransanın “Total” neft-qaz şirkəti“Total”ın konsolidə edilmiş xalis mənfəəti

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.