Moldova Azərbaycanın da təmsil olunduğu MDB Elektrik Enerjisi Şurasından çıxacağını açıqlayıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyi “MDB üzvləri arasında elektrik enerji sahəsində əlaqələrin koordinasiyası barədə sazişin” ölkə üçün qüvvədən düşdüyünü bəyan edib.
Nazirlik bəyan edib ki, Moldova elektrik enerjisi şəbəkəsini Rumıniya ilə birləşdirmək niyyətindədir, buna görə də müvafiq saziş ölkənin maraqlarına daha cavab vermir.
Xatırladaq ki, həmin saziş 14 fevral 1992-ci ili tarixində imzalanıb.