Cümə, Noyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Fərid İsmayılzadə: perspektivdə məqsədimiz hesab.az-ı bir Banka çevirməkdir

07/05/2018
Fərid İsmayılzadə: perspektivdə məqsədimiz hesab.az-ı bir Banka çevirməkdir
13
BAXIŞ
Share on FacebookShare on Twitter
GoldenPay şirkətinin və Hesab.az onlayn-ödəniş portalının təsisçisi Fərid İsmayılzadə ilə müsahibə.
 
Fərid bəy, GoldenPay onlayn ödəmə sistemini qurmaq ideyası sizdə necə yarandı?
Bu ilin iyulun 13-də GoldenPay ödəmə sisteminin yaranmasının 11 ili tamam olur. 2006-cı ildə mən ABŞ-da işləyirdim və vizamın müddətini uzatmaq üçün Azərbaycana  gəlmişdim. Gördüm ki,  Azərbaycanda internet üzərindən ticarət, alış-veriş və ödənişlər yoxdur. Düzdür  “Mastercard”  və “Visa” bank kartları o zaman bir çoxlarında var idi, lakin insanlar onlarla yalnız xarici saytlardan nesə ala bilirdilər və ya pulu bankomatdan nağdlaşdırmaq üçün istifadə edirdilər. Bu, mənim üçün biznes qurmaq üçün imkan idi və bunu aşkar etdikdən sonra bir sıra şəxslərlə danışıqlarım oldu və sonradan Bakıya qayıdıb sözügedən layihəni reallaşdırmağa qərar verdim.
“GoldenPay”I yaratdıqdan sonra  başladıq şirkətlərə ödənişləri qəbul etmə xidmətini verməyə. Yəni, hər hansı bir şirkət öz saytında satdığı məhsula və ya xidmətə görə ödəniş qəbul etmək istəyirdisə,  “Golden Pay”ə qoşulurdu. Məsələn, öz saytında “NLTtelecom” telefon satır, “Victory Tour” səyahət paketləri satır, Azercell “kontur”satır, yəni kim nə satırsa satsın bunun ödənişini internetlə qəbul etmək istəyirdisə, “Golden Pay”I öz saytlarına inteqrasiya edirdi. Bu gün siz dediyim şirkətlərin saytına daxil olsanız, kart vasitəsilə ödəniş etmək istəsəniz orada “GoldenPay”ə rast gələcəksiniz, yanında da adətən rəqibimiz “AzeriCard” olur. Amma problem o idi ki, bu imkan onların saytlarına inteqrasiya olsalar da onlar bunu çox reklam etmirdilər. Bir növ daha  çox imicə xidmət edirdi. Yəni istehlakçılar bilmirdi ki, “Azercell”in saytı vasitəsilə “kontur”u ordan rahatca əldə etmək olar.  Ona görə də adamlar maaşlarını kartla alsalar da, vəsaitlərini bankomatdan çəkib hansısa mal və xidməti nağd şəklində əldə etməyə üstünlük verirdilər. Biz dəfələrlə onlara reklam etməyi, birgə kampaniya keçirməyə çalışsaq da, xahiş etsək də, demək olar ki,  alınmırdı.
 
Niyə reklam etmək istəmirdilər ki?
Bu onlar üçün prioritet məsələ deyildi. Çünki gəlirləri yaxşı idi. Başqa yerdən qazanırdılar. On-line ödənişlərə inanmırdılar. Hesab edirdilər ki, bizim əhali internet vasitəsi ilə ödəniş etməz. Ona görə bizdə hesab.az ideyası yarandı. Dedik ki,  biz bu şirkətlərə sübüt edecəyik ki, on-line ödənişlər ölkəmizdə mümkündür və yetərincə populyar etmək olar. Beləcə,  2011-ci ilin aprelində biz öz brendimiz olan “hesab.az”ı ıistifadəyə verdik. Bu sayt vasitəsilə biz bütün ödənişləri  bir yerə yığdıq. İndi insanlar rahat şəkildə hesab.az-da qeydiyyatdan keçib, ödənişini edib, bonus toplayır, onları ya hədiyyələrə dəyişirlər, ya lotereyada iştirak edib nəsə qazanmaq imkanı əldə edirlər. Qaliblərar asında müxtəlif növ hədiyyələr, o cümlədən telefon, avtomobil və Maldiv adalarına səyahət udanlar da var.
 
Hesab.az portalına neçə şirkət inteqrasiya edilib?
Yüzdən artıq.
 
“GoldenPay” Azərbaycanda ilk on-line ödəmə sistemi olsa da, hazırda bazarda onun bir neçə rəqibi mövcuddur. Ümumiyyətlə, dünyada şirkətlər rəqabətə tab gətirmək üçün daim axtarışda olurlar, yeniliklər tətbiq etməyə və kreativ olmağa çalışırlar ki, mövcud müştərilərini itirməsinlər və ya daha geniş müştəri segmentini əhatə etsinlər. Bununla bağlı hansı işləri görürsünüz?
Hazırda biz hesab.az məhsulumuzu yeniləyirik. Tamamilə yenidən kodlaşdırırıq, sıfırdan yazırıq. Çünki biz onu 2011-ci ildə yaratmışdıq, o köhnə kodla yazılıb və köhnə məhsuldur. Onun yamağı da çoxdur, yavaşdır, istədiyimiz sürətdə deyil. Bu səbəbdən hazırda onu yeni texnologiyalar əsasında yenidən yazırıq. Yeni təqdim olunacaq hesab.az möhtəşəm bir şey layihə kimi gündəmə gələcək. Azərbaycanda orta perspektivdə bu sahədə heç bir məhsul ona yaxın gələ bilməyəcək. Onun mobil tətbiqi, yeni funksiyaları və imkanları olacaq. Hətta öz hesab.az kartımız olacaq.
Kartı özünüz emissiya edəcəksiniz?
Bəli.  PaşaBankla bir yerdə reallaşdıracağıq. Həmin kartın özünün xüsusi imkanları olacaq. Bundan başqa, biz daim loyallıq üzərində işləyəcəyik. Çox maraqlı planlarımız var. Açığı yeni “hesab.az”ı gözləyirik.  Bunlar çıxandan sonra ciddi marketinq edəcəyik. Hələ ki, ölkədə on-line bazarın 75%-i bizim payımıza düşür. Bizdən sonra gələnin bazarda payı bizimlə müqayisədə on dəfə kiçikdir.
Fərid müəllim, hesab.az-la bağlı daha hansı planlarınız var?
Hesab.az bütün əməliyyatların bir yerdə olduğu platformadır. Hazırda bu platform vasitəsilə yalnız veb və mobil tətbiq üzərindən ödəniş etmək mümkündür. Amma biz ticarət və xidmət müəssisələrinə kartla nağdsız ödənişlərin qəbulu üçün mobil POS terminallarımızı buraxmağı düşünürük.

Çalışacayıq Bakı Nəqliyyat Agentliyi ilə danışıb parkinq yerlərində, nəqliyyatda gediş haqqlarının ödənişini mobil POS terminal vasitəsiilə aparılmasına nail olaq. Uzun perspektivdə isə məqsədimiz hesab.az-ı bir Banka çevirməkdir.

Statistik məlumatları təhlil etdikdə əhalinin on-line ödəmələrə qarşı davranışını necə qiymətləndirirsiniz?
Artım tempi var amma ümumi rəqəmə baxandavəziyyət acınacaqlıdır. Məsələn, Azərbaycanda 5 milyona yaxın  bank kartı var, onun cəmi 150-200 mini nağdsız əməliyyat həyata keçirir.
Sizcə bunun səbəbi nədir?
İnsanlarda güvənsizlik var. Maaşını alan kimi gedib bankomatdan pullarını çəkirlər. Maaş, pensiya veriləndə bankomatlar qarşısında növbələri görməmisiniz? Pulunu kartdan çəkib sonra gedir onun yanındakı kioskdan “kontur” alır və kommunal xidmətin ödənişini edir. Başa düşmür ki, nağd pul verib “kontur” almaqla heçnə qazanmayacaq, on-line alanda heç olmasa bonus toplayıb, hədiyyə qazana bilər. Ən əsası da vaxtına qənaət edər. Oturduğu yerdən 24 saat ərzində ödəniş edər.
 
Bəlkə şəxsi məlumatların oğurlanmasından və ya təhlükəsizlik baxımından belə edirlər?
Xeyr. Bunu  bank sektorunun zəif olması və banklara inamsızlıqla əlaqələndirərdim. Əslində pul kartda daha təhlükəsizdir nəinki cibdə. Bunu banklar öz kart sahiblərinə yaxşı inandıra bilmirlər.
 
Axı on-line bankçılıq artıqca kibercinayətkarlıq, şəxsi məlumatların oğurlanması kimi məsələlər gündəmə gəlir.
Gəlsin də. Orada kı, problemlər cibində olan nağd pulun oğurlanmasının yanında heç bir şeydir. Yəni məsələ düşündüyünüz kimi ağır deyil. Elə problemlər var, amma onların min dənə qorunma yolu var. Məsələn, kartlar adətən sığortalanmış olur. Əgər mənim kartımdan doğurdan da pul oğurlansa, sığorta onu qaytara bilər, amma cibinizdə olan pul itdisə, onu heç kəs qaytarmaz. Ümumiyyətlə,  “Visa”  və “Mastercard”ın bəlli  bir şərtləri var. Kartda olan pulların axını həmin şərtlərə cavab verməlidir. Burada 3D təhlükəsizlik sistemi, pin və çip məsələləri var. Son  bir  ildə Azərbaycanda bütün kartlar  3D təhlükəsizlik sisteminə qoşulub. Bu o deməkdir ki,  kart sahibinə kod gəlməsə ödəniş etmək mümkün deyil. Bu tip qorunma yolları var. Bununla bağlı  yaxşıca maarifləndirmə işləri aparılmalıdır.
Sizcə nağdsız ödənişləri ölkədə stimullaşdırmağın ən yaxşı yolu nədir?
Bunun ən yaxşı yolu müəyyən  bir müddətdə on-line ödənişlərə vergi güzəştləri tətbiq etməkdir. Belə olsa sahibkar özü də nağdsız ödənişdə marağlı olacaq. Bununla  bağlı təklif də vermişik.
 
Bir neçə il əvvəl Avropa Birliyinin maliyyə dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf  Bankı (AYİB) Azərbaycanda Kiçik Biznes üçün Məsləhət proqramı həyata keçirmişdir. Bu layihədən faydalanan yerli şirkətlər arasında GoldenPay də  var  idi. Bu dəstək nədən ibarət idi?
GoldenPay evimdə üç-dörd nəfərlə qurulmuş bir startap idi.  Bu gün isə gördünüz ki, ofisdə 30 nəfərdən çox işçi çalışır. Məsələn, mən artıq direktor deyil, Müşahidə Şurasının üzvüyəm. Bir neçə il əvvəl bu layihəyə başlayanda biz hələ 15 nəfərdən ibarət komanda idik. Korporativləşməmişdik, departamentlər, şöbələr yox idi. Hamı hər şeylə məşğul idi, standartlarımız yox idi. Hər şey insanlardan asılı idi. Bir nəfər işdən çıxanda aləm dəyirdi bir-birinə.
Ancaq bir qrant layihəsi çərçivəsində AYİB bizə bir məsləhətçi tapdı. Həmin məsləhətçi çox güclü idi və mənim özümə də təlim keçdi. Nəticədə biz şirkəti startap mentalitetindən korporativ mentalitetə çevirdik. Artıq şirkətdə struktur, idarə heyəti, departamentlər, hər bir departamentin öz vəzifələri, işləri formalaşıb. Oturuşmuş bir sistem yaranıb və bu da müştərilərə daha keyfiyyətli, daha sürətli xidmət verməyə imkan yaradıb. Şirkət planlarını keyfiyyətlə yerinə yetirməyə başlayıb. Biz yetərincə gücləndik, şaxələndik, xaricdə GoldenPay yaratmaq barədə düşündük, maddi vəziyyətimizi, büdcəmizi daha düzgün qurduq, xərclərimizə daha yaxşı nəzarət eləməyə, daha yaxşı kadrlar seçməyə başladıq. Sadaladığımız nailiyyətlərə, dünya təcrübəsindən geniş şəkildə yararlanmaqda bizə düzgün istiqamət verən  həmin məsləhətçi şirkət ilə sıx əməkdaşlıq sayəsində nail olduq.
Bu sırf məsləhət proqramı idi?
Bəli. 60 min avroluq layihə idi. Onun 10%-i biz ödədik, yerdə qalan 54 min avronu onlar ödədilər. Bu vəsaitlərin hamısı həmin məsləhətçiyə getdi. Həmin məsləhətçi iki il ərzində təxminən on dəfə Bakıya gəlib bizə dəstək oldu və dediklərimin hamısı beləcə addım-addım reallaşdı.
Qeyd etdiniz ki, xaricdə “GoldenPay” yaratmaq barədə düşündüz. Nəticəsi necə oldu?
Başladıq bazarlarla tanış olmağa. Açığı “GoldenPay” artıq Bosniya və Herseqovinada yaradılıb. Bir neçə dəfə özüm şəxsən getdim ora, bazarı araşdırdım və gördüm ki, belə bir potensial var. Bəzi texniki məsələlərə görə hazırda layihənin reallaşması təxirə salınıb. Amma ən azından belə bir cəhd etmişik. Yəqin ki, gələcəkdə xarici bazarlara çıxış imkanlarını araşdırmaq üçün məxsusi kadra ehtiyac olacaq.
Azərbaycan banklarında ekvayrinq xidmətinin inkişafını necə qiymətləndirirsiniz? Bir çox ekspertlər bildirirlər ki, banklararas ımübadilə xərci yüksəkdir. Bununla bağlı nə düşünürsüz?
Bu yaxınlarda bu xidmət haqqı endirildi. Mobil operatorları və başqa ödənişlərə görə 1.5% idi, düşdü 1%-ə. Amma qonşu ölkələrdə 0.5% təşkil edir. Bunun da qarşısını alan ən böyük məqam odur ki, Azərbaycanda kartların əksəriyyəti iki bankın əlində cəmlənib. Həmin banklar da marağlı deyillər ki, “interchange”düşsün çünki onlar çoxlu pul qazanırlar.
 
Ödəmə terminalların artması onlayn ödənişlərin həcminin azalmasına təsir edirmi?
Mən bildiyim qədəriilə artıq onlar quraşdırılmır. Nə quraşdırılıbsa quraşdırılıb çünki məndə olan məlumata görə artıq bu gəlirli biznes deyil. Onları quraşdırmaq baha başa gəlir.
 Bu terminalları sizə rəqib hesab etmək olar?
Bəli. Biz rəqib kimi bütün nağd əməliyyatları görürük. Onlar da bizim üçün nağddır, poçta ödəmək də nağddır, banka gedib filialda ödəmək də nağddır, kioskda ödəmək də nağddır. Onlar hamısı rəqibdirlər. Əlbəttə ki, biz istəyirik, bu ölkədə nağd bir manat belə ödəniş olmasın.
 
Maraqlıdır kart sahibləri ən çox hansı xidmətləri on-line ödəyir?
Mobil operatorlar, kommunal xidmətlər, ev telefon haqqları, bank kreditlərin ödənişi.
 
Ən çox hansı kartlarla onlayn ödəniş edilir?
Maaş kartları ilə.
Niyə?
Ən azından ona görə ki, maaş kartına pul gəlir. Hər yerdə belədir.

Vüsal Əzizov
www.anews.az

Tags: Fərid İsmayılzadəGoldenPayHesab.azPaşaBank

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.