Çərşənbə axşamı, Avqust 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Mayamidə $8.5 milyona iki mənzil alan neftçimiz

11/12/2017
Mayamidə $8.5 milyona iki mənzil alan neftçimiz
37
BAXIŞ
Share on FacebookShare on Twitter
Azərbaycanın dövlətə məxsus şirkətinin baş direktorunun Mayamidə milyonlarla dollarlıq iki dəbdəbəli mənzil aldığı üzə çıxıb.
 Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Florida ştatının daşınmaz əmlak xəbərləri saytı “The Real Deal” bildirir.

Saytın Mayami daşınmaz əmlak alqı-satqısı reyestrinin məlumatlarına əsasən yazdığına görə Azərbaycanın neft sektorunda işləyən dövlət şirkəti “BOS Shelf” LLC-in baş direktoru İxtiyar Axundov Mayami-Beach çimərliyi ilə üzbəüz yerləşən 40 mərtəbəli  “The Setai Condo Miami Beach” elit kompleksin 40-cı mərtəbəsində yerləşən 2802/2004 nömrəli mənzillərdən ibarət bloka  5.5 milyon dollar ödəyib.

“The Setai Condo Miami Beach” 2004-cü ildə inşa edilib və orada Mayaminin ən bahalı mənzilləri yerləşir. Mayamidə, həmin kompleksin yaxınlığında  “Setai Hotel” adlı dəbdəbəli otel də yerləşir.

Sayt xatırladır ki, Axundov “BOS Shelf” MMC-yə rəhbərlik edir, bu, Azərbaycanın dəniz neft-qaz  platformaları yığan iri zavodudur. Şirkətin saytında göstərilir ki, “BOS Shelf” MMC SOCAR dövlət neft şirkətinin törəmə şirkətidir.

İxtiyar Axundov həmin mənzilləri Ross Markettanın nəzarət etdiyi “Setai” LLC şirkətindən alıb. Şirkətin məlumatlarından görünür ki, Ross Marketta həmin mənzilləri 2004-cü ildə, bina təzəcə istifadəyə veriləndə inşaatçı şirkət  “Setai Condo”-dan 1.5 milyon dollara almışdı. Mənzilin 3 yataq otağı var, sahəsi 1254 kvadrat-futdur. Mənzil hər kvadrat-futu 2336 dollardan satılıb. Bildirilir ki, ötən il mənzilin qiyməti bazarda 7.95 milyon dollar ölçüsündə idi. Mənzil ötən il daşınmaz əmlak agenti Duqlas Ellimandan 6.9 milyon dollara Eloy Karmeneyte keçib. İndi isə Axundov mənzili ilkin bazar qiymətindən təqribən 30 faiz ucuz alıb.

Lakin bu, Azərbaycan məmurunun – dövlətə məxsus şirkətin direktorunun Mayamidə, həmin binada aldığı birinci mənzil deyil. Daşınmaz əmlak reyestrində yer alan məlumatlara görə İxtiyar Axundov “The Setai Condo Miami Beach” göydələninin 32-ci mərtəbəsində 1213 kvadrat metrlik daha bir mənzilin sahibidir. Həmin mənzilə o, 2015-ci ildə 3 milyon dollar ödəyib.

Bildirilir ki, “The Setai Condo Miami Beach” Mayamidə ən bahalı mənzillərin yerləşdiyi kompleksdir və bu ilin əvvəllərində rusiyalı oliqarx, “ONEKSİM Development”  şirkətinin prezidenti Oleq Baybakov həmin binanın penthausunu almaq üçün 12 milyon 150 min dollar ödəmişdi. Yeri gəlmişkən həmin Baybakov 1967-ci ildə Bakıda anadan olub.

 

“BOS Shelf” MMC vaxtilə ümummilli lider Heydər Əliyevin tikdirdiyi Bakı Dərin Özüllər Zavodunun əsasında yaradılıb.

Bu zavod nəhəng dəniz neft-qaz platformalarının, o cümlədən “Şahdəniz” qaz yatağının ikinci fazası üçün platformanın yığılmasını həyata keçirib.

Şirkət “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə konsorsiumun operatoru BP-nin əsas podratçlarından biridir.

Şirkətin saytında yerləşdirilən məlumata görə, “BOS Shelf”in əsas payçıları SOCAR  və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş «Star Gulf FZCO»dur.

“BOS Shelf” şirkəti 2001-ci ildə yaradılıb.

Tags: BOS Shelfİxtiyar AxundovSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.