Çərşənbə, Noyabr 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2018-ci ildə “Azərneftyağ”ın demontajına başlanılacaq – SOCAR

11/12/2017
2018-ci ildə “Azərneftyağ”ın demontajına başlanılacaq – SOCAR
13
BAXIŞ
Share on FacebookShare on Twitter
H.Əliyev adına Neft Emalı Zavodunda “Azfen” şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.

SOCAR mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, mərasimdə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, H.Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov, eləcə də hər iki qurumun rəhbər nümayəndələri iştirak ediblər.

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov layihənin ölkə üçün əhəmiyyətindən danışmış, zavodda aparılan işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2016-cı ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni Bitum qurğusu H.Əliyev adına NEZ-in modernizasiya və yenidənqurulması layihəsi çərçivəsində tikilir. “Azfen” şirkəti qurğunun tikinti-quraşdırma işlərini həyata keçirəcək yerli podratçının müəyyən olunması məqsədilə keçirilən seçim prosedurunun qalibi olmuşdur. Vitse-prezident bu münasibətlə “Azfen” şirkətinin bütün kollektivini təbrik etmiş, uğurlar arzulamışdır. “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov göstərilən etimada görə təşəkkürünü bildirmiş, zavodda aparılacaq tikinti işlərinin beynəlxalq standartlara uyğun və vaxtında icra olunacağına əminliyini ifadə etmişdir. Sonda Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanmışdır. Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov imzalamışlar.

Qeyd edək ki, H.Əliyev adına NEZ-də aparılan yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa ediləcək yeni bitum qurğusunun illik istehsal gücü 400 min ton olacaq və qurğuda “EN 40/60” markalı yüksək keyfiyyətli yol bitumu istehsal olunacaqdır. Qurğunun 2018-ci ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur. Bununla da keçmiş “Azərneftyağ” neft emalı zavodunun tamamilə istismardan çıxarılması və dənizkənarı ərazilərin boşaldılaraq “Ağ şəhər” layihəsinə təhvil verilməsi təmin ediləcək, zavodun istismar xərcləri optimallaşdırılacaq, nəticədə Bakı şəhərində ekoloji durumunun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.

Tags: AzfenNEZSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.