Oktyabrda SOCAR-ın təbii qaz hasilatı 503 milyon 700 min kubmetr olub. Keçən ay ölkə üzrə qaz istehsalı isə 2 milyard 349 milyon kubmetr təşkil edib.
Bu barədə AZƏRTAC–a SOCAR-dan məlumat verilib.
Cari ilin ilk on ayında SOCAR üzrə 5 milyard 210,5 milyon kubmetr, ümumilikdə Azərbaycanda isə 24 milyard 637,8 milyon kubmetr qaz hasil olunub.