Şənbə, Noyabr 8, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

02/11/2016
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyində Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

oil_rig_060515Nazirlikdən Trend-ə verilən məlumata görə, R.Mayanın ölkəmizə səfərinin və bu səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərin Azərbaycan-Braziliya əlaqələrinin müxtəlif sahələr üzrə inkişafına təkan verəcəyini vurğulayan energetika naziri Natiq Əliyev Azərbaycana müxtəlif səviyyələrdə nümayiş etdirilən siyasi dəstəyə görə Braziliya hökumətinə təşəkkürünü bildirib. O, Braziliyanı OPEC sərhədlərindən kənarda hasilatı ən sürətlə artıran neft istehsalçısı kimi xarakterizə edib. İki ölkənin neft-qaz sahəsində əməkdaşlığı üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Nazir Xəzərin ‎Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tutan sazişin imzalanması ilə neft-qaz tarixində yeni eranın başlandığını qeyd edərək, hasilatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu sazişlə Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsinə start verildiyini bildirib.

Onun sözlərinə görə, xarici kapitalın cəlbi, yaradılmış əlverişli mühit neft hasilatının artmasını təmin edib. Nəticədə hasilat üzrə göstəricilər 9 milyon tondan 41 milyon tona qədər yüksəlib.

Nazir onu da əlavə edib ki, bu günə kimi xarici neft şirkətləri ilə, ümumilikdə, 26 neft sazişi imzalanıb. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda PSA sazişləri qanuni qüvvəyə malikdir, ölkənin digər mövcud qanunlarından daha yüksək hüquqi statusa malikdir.

Həmçinin qonaqlara Azərbaycanın enerji resurslarının ixracı istiqamətində həyata keçirdiyi iri layihələr, xüsusilə də 2020-ci ilə qədər yekunlaşdırılması nəzərdə tutulan transmilli “Cənub Qaz Dəhlizi” layihəsinin icra vəziyyəti və əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri R.Maya isə bildirib ki, ölkəsi böyük neft-qaz potensialına malikdir və son illərdə hökumət neft-qaz yataqlarını xarici şirkətlərə açmaq siyasətini həyata keçirir. Bu baxımdan, Braziliyanın iri karbohidrogen yataqlarında bir sıra layihələrin əsas operatoru olan “Petrobras”la Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.

Azərbaycanın xarici investorlar üçün açıq olduğunu deyən N.Əliyev Petrobras-SOCAR əməkdaşlığının perspektivlərinin dəyərləndirilməsinin, eləcə də bu işbirliyinin yalnız Azərbaycan və Braziliya ilə məhdudlaşmayaraq, üçüncü bir ölkədə reallaşdırılma imkanlarının öyrənilməsinin də vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Braziliya ilə enerji əməkdaşlığına hazırdır və neft -qaz kimi ənənəvi enerji mənbələrinin hələ növbəti 40 ildə də dünya enerji balansında üstünlüyünü qoruyub saxlaması bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini şərtləndirir.

Görüşdə qarşlıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Trend

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.