Dərinsulu Günəşli platforması yaxınlığında sudan cəsəd çıxarılmışdır
Caspian Barrel Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətinə istinadən bildirir ki, “Dərinsulu Günəşli” platformasının yaxınlığında dəniz dibindən insan cəsədi çıxarılmışdır.
BP-nin məlumatına görə, cəsəd sahilə gətirilmiş və Azərbaycanın müvafiq hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Qeyd edək ki, noyabrın 8-də BP-nin yaydığı məlumata görə, “Dərinsulu Günəşli” platformasında səhər saatlarında onun podratçısının əməkdaşı itkin düşmüşdü.
Caspian Barrel dünən neft dairələrindəki qaynaqlarına əsasən həmin əməkdaşın hansı şirkətdə çalışdığını və “Dərinsulu Günəşli” platforması altında insan cəsədinin tapılmasına dair məlumat yaymışdı.