Azərbaycanın “Caspian Marine Services” şirkəti Almaniyanın “ER Offshore” şirkəti ilə iki gəminin satın alınması barədə ilkin razılıq əldə edib. Trend-ə “Caspian Marine Services”dən verilən məlumata görə, iki gəminin ümumi dəyəri 21 milyon dollar təşkil edəcək.
Alınacaq gəmilər “ER Stavanger” və “ER Aalesund” neft platformaları üçün təchizat gəmiləri olacaq.
Şirkətdən verilən məlumata görə, ayrı-ayrılıqda 10,5 milyon dollar qiyməti olan gəmilər əsaslı təmir olunduqdan sonra Volqa-Don kanalı vasitəsilə Xəzər dənizinə çatıdırılacaq. Bu gəmilər Xəzər dənizindən kənarda da neft platformalarının təchizat işinə cəlb olunacaq.
Trend