Çərşənbə, Dekabr 17, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP-Azerbaijan şirkətinin rüblük hesabatında statistik qüsurlar tapıldı – araşdırma

18/11/2016
2
BAXIŞ
Share on FacebookShare on Twitter

“BP-Azerbaijan” şirkəti ACG üzrə hesabatlarında bəzi yanlışlıqlara yol verib

neft-statistikaBunu Caspian Barrel Neft Araşdırmalar Mərkəzi “BP Azerbaijan” şirkətinin 2016-cı ilin 3 rübünün yekunlarına dair hesabatını təhlil edərkən üzə çıxarıb.

BP hesabatında bildirilir ki, “doqquz ay ərzində AÇG-dən ümumi hasilat gündə orta hesabla 644 000 barel və ya ümumilikdə 176 milyon bareldən artıq, yəni 24 milyon ton təşkil edib”.

Caspian Barrel 9 ayda 274 günün olduğunu nəzərə almaqla ümumi hasilatın 176 milyon 456 min barel olduğunu üzə çıxarıb, bu isə 23,8 milyon tondur.

“BP-Azerbaijan” şirkəti 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş hesabatında hasilatla bağlı bunları dərc etmişdi: “Doqquz ay ərzində AÇG-dən ümumi hasilat gündə orta hesabla 640 000 barel və ya ümumilikdə 175 milyon barel, yəni 24 milyon ton təşkil edib”.

Caspian Barrel diqqəti məhz bu fakta çəkir ki, BP-nin ictimiyyət üçün açıqladığı məlumatlara görə, gündəlik hasilatın 4 min barel dəyişməsi və bu il fevralın 29 gündən ibarət olmasının tonla ümumi hasilata heç bir təsiri olmayıb. Barelə gəldikdə isə fərq cəmi 1 milyon olub. Və bu 1 milyon barel tonda öz əksini tapmır.

Bəs əslində ötən ilin müvafiq dövrü ilə müqayisədə hasilat göstəriciləri necə olub?

Caspian Barrel-in təhlili göstərdi ki, 2015-ci ilin 9 ayında BP və tərəfdaşları AÇG-dən 174 milyon 720 min barel neft hasil ediblər. Bu isə 23,6 mln ton deməkdir.

Yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə “əsrin müqaviləsi” çərçivəsində neft hasilatı ümumilikdə 1,736 milyon barel (233,8 min ton) artıb. Bu isə hasilatın tempinin 0,62  faiz artımı deməkdir.

Ona görə də bu gün həm ölkə KİV-ləri, həm də xarici KİVlər AÇG-də hasilatın ötən ilin müvafiq dövrlə müqayisəsində çox böyük çətinliklərlə üzləşiblər. Ancaq bu, onların günahı deyil, çünki BP nədənsə son illər, həmişə ictimaiyyət üçün açıqlamalarını yuvarlaqlaşdırılmış rəqəmlər üzərində qurur və bunlar da göründüyü kimi bəzən maraqlı təzadlar yaradır. Halbuki BP, AÇG layihəsinin operatoru kimi Azərbaycan Dövlət Neft Şirkətinə gündəlik və aylıq məlumatları həm barellə, həm də tonla heç bir yuvarlaqlaşdırılma edilmədən göndərir  və BP-nin müvafiq strukturlarında bu məlumatlar dəqiqliklə var.

Neft Araşdırmalar Mərkəzi bu məsələni bir neçə dəfə BP qarşısında qaldırıb, onların “Davamlı inkişaf hesabatları”nda dəqiq statistikadan istifadənin vacibliyini vurğulasa da, nədənsə bu təşəbbüs hələ də həyata keçməyib.

 

 

 

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
Çinin İran neftinə qayıdışının mənası
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.